05 Mart 2020 10:16
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq güya “COVID-19” adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılmışdır.
Eyni zamanda qeyd edilən mövzuda yalan məlumatların yayılması, o cümlədən kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müşahidə olunur.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, 1994-cü il təvəllüdlü paytaxt sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ağ ciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi faktı ilə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.
N.Ramazanovanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək onun meyiti xarici və daxili müayinə olunmuşdur.
Mərhumdan müayinə üçün götürülmüş nümunələrdə hər hansı bir infeksion xəstəlik aşkar edilməmişdir.
Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma davam etdirilir.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
04 Mart 2024 16:40
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
02 Fevral 2024 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
31 Dekabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10 Dekabr 2023 16:40
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
03 Dekabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
26 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
19 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
12 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
05 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
23 Oktyabr 2023 16:30