06 Mart 2020 15:01
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı - YENİLƏNİB
Saat 22.30
İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır.
Onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət etmişdir. Müayinə zamanı onda pnevmoniya müəyyən edilmiş, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləmişdir. Hazırda pasiyentin vəziyyəti kafidir.
Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınmış və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanmışdır. Onların səhhəti normaldir, hərarətləri yoxdur, vəziyyətləri kafidir.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
*****
Saat 15.51
Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul etmişdir.
Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.
Azərbaycan Respublikasının ÜST ilə səmərəli əməkdaşlığı davam edir və 2020-ci il martın 8-də ÜST ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcəkdir.
*****
Saat 14.56
Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Hazırda bununla bağlı müvafiq maarifləndirici, eyni zamanda tibbi baxımından tədbirlər həyata keçirilir, ictimai məkanlarda dezinfeksiya işləri aparılır və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq digər zəruri addımlar atılır.
Qeyd edək ki, Azərbaycan ərazisinə keçən şəxslər, həmçinin ölkə ərazisindəki vətəndaşlarda virusun əlamətləri aşkarlandıqda təlimata uyğun olaraq karantinə götürülərək müvafiq xəstəxanalara yerləşdirilir, həmin müddətdə müəyyən testlər və müalicə aparılır.
Təəssüflə bildiririk ki, koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, çağırışa gələn təcili tibbi yardım heyətinə qarşı müvaqimət göstərərək həkim nəzarətinə götürülməkdən yayınmağa çalışır.
Bununla əlaqədar əhaliyə müraciət edərək bildiririk ki, virusun əlaməti aşkarlanan şəxsin həkim nəzarətinə götürülməsi onun müalicəsinin aparılması zərurəti ilə yanaşı, ailə üzvlərinin, ətrafdakı şəxslərin virusa yoluxmaması baxımından vacibdir. Bununla həmin şəxs özü və yaxınlarının səhhətinin qeydinə qalmış, həmçinin virusun ölkə ərazisində yayılmasının qarşısını almış olacaq.
Qeyd edirik ki, karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəkdir. Eyni zamanda vətəndaşlarımıza virusdan qorunmaq üzrə gigiyena təlimatlarına riayət etməyi, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, ciddi zərurət yaranmadığı halda xarici ölkələrə səfərlərini müvəqqəti ertələməyi tövsiyə edirik.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
04 Mart 2024 16:40
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
02 Fevral 2024 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
31 Dekabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10 Dekabr 2023 16:40
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
03 Dekabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
26 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
19 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
12 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
05 Noyabr 2023 16:30
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
23 Oktyabr 2023 16:30