28 Sentyabr 2018 15:55
“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvininq layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib
28 sentyabr 2018-ci il tarixində Mingəçevir Dövlət Universitetində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən “Azərbaycanda həyata keçirilən icbari tibbi sığorta islahatı və onun nailiyyətləri, çətinlikləri və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Fransanın Beynəlxalq Texniki Ekspertiza Agentliyinin (Expertise France) Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" Tvininq layihəsi (AZ/13/ENP/SO/02/16) çərçivəsində təşkil edilib.
Tədbirin əsas məqsədi İTSDA tərəfindən həyata keçirilən layihənin nəticələri və perspektivləri ilə bağlı iştirakçıları məlumatlandırmaq, eyni zamanda pilot bölgələrdən olan (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) maraqlı tərəflərə təcrübələrini paylaşmaq üçün imkan yaratmaqdır.
Beynəlxalq konfransda Səhiyyə Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Dünya Səhiyyə Təşkilatı daxil olmaqla beynəlxalq təşkilatların təmsilçiləri, pilot bölgələrin icra hakimiyyəti orqanlarının nümayəndələri, pilot bölgələrdəki xəstəxanaların direktorları və tibb işçiləri, Mingəçevir Tibb kollecinin tələbə və müəllim heyəti, vətəndaş cəmiyyəti qurumları, elm adamları, kütləvi informasiya vasitələri və layihəyə cəlb olunmuş ekspertlərlə birlikdə 200-ə yaxın şəxs iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin I müavini İlham İsmayılov icbari tibb sığortanın (İTS) mütərəqqi bir planlaşma olduğunu diqqətə çatdıraraq, onun ölkəmizdə əhalinin sağlamlığının daha güclü qorunmasına xidmət etdiyini bildirib.
İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev İTS-nin tətbiqinə dəstək verdiklərinə görə pilot tibb müəssisələrinin tibb heyətinə öz təşəkkürünü bildirib. İTS çərçivəsində tibb işçilərinin fəaliyyət nəticələrinə görə əmək haqlarının ödənişi sisteminin təkmilləşdirilməsinin vacibliyi haqqında danışan sədr səhiyyə sahəsində yeni maliyyələşmə mexanizmlərinin tətbiqi və onlara nəzarət sisteminin yaradılmasının, statistik məlumatların toplanması və təhlili sisteminin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, Aİ və Azərbaycan əməkdaşlığı səhiyyə sahəsi də daxil olmaqla bir neçə istiqamətdə davam edir. Bu layihənin səmərəliliyi Azərbaycanda İTS islahatının uğurla həyata keçməsinə təkan verəcək.
Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı sözügedən islahatın icrası ilə bağlı ÜST-ün öz beynəlxalq mütəxəssislərini iştiraka cəlb etməyə və hökumətə dəstək göstərməyə hazır olduğunu bildirib.
Öz növbələrində Milli Məclisin üzvləri Musa Urud və İlham Məmmədov səhiyyə islahatına və İTS-nin ölkə üzrə tətbiqinə güclü dəstək göstərdiklərini qeyd ediblər.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Anar İsrafilov çıxışında Səhiyyə Nazirliyinin əsas məqsədlərindən biri kimi əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsini qeyd edib. O həmçinin bildirib ki, Səhiyyə Nazirliyinin tabeçiliyində olan bütün tibb müəssisələri İTS-nin tətbiqinə dəstək verəcək.
Tvininq layihəsinin daimi müşaviri Qediminas Çerniauskas səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatının məqsədləri və çətinliklərindən danışaraq birinci panel sessiyanı açıq elan edib. O bildirib ki, Azərbaycan hökumətinin yüksək keyfiyyətli səhiyyə xidmətləri göstərmək və maliyyə ehtiyatlarından daha səmərəli şəkildə istifadə etməklə bağlı real imkanları var.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov isə İTS-nin pilot bölgələrdəki xəstəxanalarda səmərəli tətbiqi, o cümlədən uğurları haqda danışaraq Tvininq layihəsi çərçivəsində Avropa ölkələrinə olan işgüzar səfərlər zamanı əldə etdiyi təcrübələr barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə pilot tibb müəssisələrində çalışan tibb işçilərinin İTS-nin tətbiqinə münasibətinin öyrənilməsinə dair keçirilən sorğunun nəticələrindən danışan İTSDA-nın Tibb müəssisələri və regionlarla iş şöbəsinin müdiri Sadiq Mədətov, tibb müəssisələrində aparılan dəyişikliklər barədə də iştirakçılara məlumat verib.
Tvininq layihəsinin Aİ tərəfdən əsas tərəfdaş ölkə olan Fransanı təmsil edən layihə rəhbəri Mişel Villak, Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi islahatının imkanları barədə danışaraq ikinci panel sessiyanı açıq elan edib. Daha sonra panel sessiyada İTSDA-nın fəaliyyəti haqda qurumun nümayəndələri çıxış ediblər.
İTSDA-nın Hüquq departamentinin rəhbəri Aysel İbayeva Azərbaycanda İTS sisteminin yaradılmasına dəstək göstərilməsində Avropa İttifaqının Tvininq layihəsinin səmərəsindən danışaraq qanunvericilik sahəsi üzrə görülmüş işlər barədə də iştirakçılara məlumat verib.
Tədbir İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyevin İTS-nin perspektivləri barədə çıxışı ilə yekunlaşıb.
Xəbərlər
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59