13 Dekabr 2019 10:47
TƏBİB-in İdarə Heyətinin sədri “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin təşkil etdiyi “Nümunəvi Həkim Olmağa Doğru” VI Ankara Forumunda iştirak edib. Forumun məqsədi Azərbaycan və Türkiyənin səhiyyədə əldə etdikləri uğurlar barədə informasiya mübadiləsi, bu sahədə əməkdaşlığın genişləndirilməsi yolları və təhsilin vəziyyəti, həmçinin müasir dünyanın səhiyyə problemlərini müzakirə etmək olub.
Tədbirdə Azərbaycanın Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi, Türkiyə Ali Təhsil Qurumunun (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin vəkilləri, Bakıda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbər və həkim heyəti iştirak ediblər.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı çıxışında Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi və səhiyyə sahəsində aparılan islahatlar haqqında forum iştirakçılarına ətraflı məlumat verib. İki gün davam edən tədbir rəsmi hissə, panellər və bədii bölmədən ibarət olub. Panellər “Azərbaycanın səhiyyə sistemində və tibbi təhsildə yeniliklər”, “Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri və həllinə dair təkliflər”, “Tibdə elmi araşdırma və nəşrlər”, “Azərbaycanda mütəxəssis həkimlər üçün iş və karyera imkanları”, “Xaricdə təhsil və karyera fürsətləri” və digər əhəmiyyətli mövzuları əhatə edib.Forum başa çatdıqdan sonra TƏBİB-in nümayəndə heyəti Azərbaycanlı Həkimlər Dərnəyinin idarə heyəti ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49