14 Mart 2022 17:17
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev martın 14-də Şirvan Müalicə Diaqnostika Mərkəzində Şirvan şəhər və Hacıqabul rayon sakinlərini qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müharibə veteranı adının verilməsi, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi ilə bağlı olub. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bir çox məsələlərlə bağlı edilən müraciətlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə və Şirvan Şəhər və Hacıqabul Rayon Mərkəzi xəstəxanalarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulda vətəndaşlar tərəfindən verilmiş təkliflərin Agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətində nəzərə alınacağı diqqətə çatdırılıb.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49