07 Oktyabr 2021 14:07
COVID-19 peyvəndlərinin əks-göstərişlərinə dair vebinar keçiriləcək
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi “COVID-19-a qarşı vaksinasiyaya dəstək layihəsi” çərçivəsində tibb işçiləri üçün COVID-19 peyvəndlərinin əks-göstərişlərinə dair vebinar təşkil olunacaq.
Vebinarda ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertləri istifadədə olan COVID-19 peyvəndlərinin təhlükəsizliyi və əks-göstərişləri barədə ən son məlumatları azərbaycanlı tibb işçiləri ilə paylaşacaqlar.
11 oktyabr Bakı vaxtı ilə saat 14:00-16:00-a planlaşdırılan vebinar Azərbaycan və rus dillərinə sinxron tərcümə ediləcək.
Vebinarın proqramı:
14.00-14.10: Giriş sözləri: Azərbaycan Respubliksı Səhiyyə Nazirliyi və ÜST-nin Ölkə Ofisinin nümayəndələri
14.10-15.10: COVID-19-a qarşı peyvəndlər, təhlükəsizlik və yalnış bilinən əks-göstərişlər (Prof. Dr. F. Martinón-Torres)
15.10-15.30: Fransada COVID-19-a qarşı peyvəndlərin əks-göstərişlərinə dair siyasət və təcrübə (Marine Leclercq, Prof. Etienne Gayat)
15.30-15.55: Sual-cavab və müzakirələr
15.55-16.00: Tədbirin bağlanışı
Vebinara qoşulmaq üçün keçid:
https://who.zoom.us/j/96713088169
Meeting ID: 967 1308 8169
Elanlar
Agentliyin İdarə Heyətinin sədri Gəncə şəhərində vətəndaşları qəbul edəcək
06 İyun 2023 16:00
Agentliyin İdarə Heyətinin sədri Qəbələ rayonunda vətəndaşları qəbul edəcək
02 May 2023 11:30
"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" üzrə Perkin Elmer GSP üçün reaktiv, sərfiyyat və avadanlığın satın alınması məqsədilə tender elan edilir
01 May 2023 10:00
Agentlik İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir
26 Aprel 2023 17:00
Agentliyin İdarə Heyətinin sədri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək
13 Aprel 2023 11:15
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə tender elan edilir
28 Mart 2023 12:00
“Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
16 Mart 2023 14:00
“Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üzrə tender elan edilir
15 Mart 2023 17:35
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə tender elan edilir
09 Mart 2023 17:50
“Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri”nin icrası ilə əlaqədar dərman vasitələrinin satın alınması üzrə tender elan edilir
01 Mart 2023 16:50