14 İyul 2021 09:25

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə bağlı ən çox verilən suallar

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vətəndaşlar tərəfindən vaksinasiya ilə bağlı ən çox verilən sualları cavablandırıb. 

1. “İmmunitet sertifikatı” nədir və kimlərə verilir? 
“İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PZR testi vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər.

2. “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti nə qədərdir?
COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər.  Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib.  

3.Altı ay əvvəl xəstəliyə yoluxmuş və Səhiyyə Nazirliyi Elmi Şurasının 02 iyul 2021-ci il tarixindəki müvafiq qərarından əvvəl 1 doza vaksin vurduran şəxsin  vaxtı bitmiş “İmmunitet sertifikatı”nın müddəti uzadılırmı? 
02 iyul 2021-ci il tarixindən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 02 iyul 2021-ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

4.Azərbaycanda COVID-19 xəstəliyinə qarşı hansı vaksinlər tətbiq olunur? 
Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur:
CoronaVac
(Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

5. “Peyvənd sertifikatı” nədir və kimlərə verilir? Sertifikatı necə əldə etmək olar?
“Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. https://randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.  2 doza istənilən vaksin vurdurmaqla peyvənd sertifikatı əldə edə bilərsiniz.

6. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti nə qədərdir?
“Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.  

7. “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə necə əvəz edə bilərəm?
Azərbaycanda tətbiq olunan hər hansı vaksinin 2 dozasını qəbul etməklə, “Peyvənd sertifikatı” əldə edə bilərsiniz.  https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

8. Peyvənd olunmuş şəxs hansı müddətdən sonra  digər istehsalçının vaksinini vurdura  bilər? 
2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

9. Hansı hallarda peyvənd vurdurmuş şəxsin vaksinin 3-cü dozasına ehtiyacı yaranır? Buster doza nə deməkdir?  
Buster (qüvvətləndirici) doza deməkdir.  2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab  olunur.

10. Buster doza kimi hansı istehsalçı şirkətin vaksinini qəbul etməliyəm? 3-cü doza əvvəl qəbul etdiyim iki doza vaksinlə eyni istehsalçı olmalıdırmı?

Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq,  ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

11. Peyvəndə əks göstərişi olan şəxslərə bununla bağlı tibbi arayışın verilməsi planlaşdırılıbmı? 
Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcəkdir.

12. Xarici ölkələrin peyvənd və immunitet sertifikatları Azərbaycanda tanınacaq?
Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd  və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir.

Xəbərlər

Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə cari ilin üç ayı üzrə 29.6 milyon manatdan artıq müddətli əlavə və mükafat ödənilib

26 İyul 2021 10:45

Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə aksiya keçirilib

19 İyul 2021 19:47

2021-ci ilin iyun ayı ərzində 58 şəhər və rayonun əhalisinə 1 milyon 300 mindən çox tibbi xidmət göstərilib

17 İyul 2021 12:49

2021-ci ilin iyun ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 772 mindən çox tibbi xidmət göstərilib

17 İyul 2021 12:41

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin MƏLUMATI

13 İyul 2021 18:11

Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişikliklər edilib

13 İyul 2021 17:13

Əlilliyin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə tibb müəssisələrində araşdırma aparılıb

05 İyul 2021 11:11

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin MƏLUMATI

02 İyul 2021 14:48

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Nizami Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub

30 İyun 2021 14:42

İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edildi

29 İyun 2021 16:42