23 Sentyabr 2020 14:40
Dövlət başçısının adından Naxçıvan Muxtar Respublikasına ambulanslar təqdim edilib
23 sentyabr 2020-ci il tarixində Bakı Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.
Səhiyyənin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlardan danışan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olub: “Ölkə başçısının tapşırığına uyğun olaraq Agentlik tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi cari ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib. Təcili tibbi yardım avtomobilləri arasında respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir”.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Baş Naziri Agentliyin İdarə Heyətinin sədrindən “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 7 ədəd – bunlardan 5 ədədi sadə, 2 ədədi reanimobil olmaqla təcili tibbi yardım avtomobillərini qəbul edib.
Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədovun sözlərinə görə, dövlət başçısının səhiyyə sahəsində yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası koronavirus pandemiyası ilə yüksək səviyyədə mübarizə aparır. Baş Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasına təqdim edilən təcili tibbi yardım avtomobilləri muxtar respublikada səhiyyə sahəsi üzrə həyata keçirilən işlərə əlavə bir töhfədir: “Biz bunu yüksək qiymətləndiririk və cənab Prezidentə və Birinci vitse-prezidentə öz təşəkkürümüzü ifadə edirik".
Məlumat üçün bildirək ki, 2020-ci il ərzində Agentlik tərəfindən Almaniya istehsalı olan “Mercedes Sprinter 416” markalı avtomobil bazasında Türkiyə Respublikasında yığılan 26 ədəd reanimobil, “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 42 ədəd sadə təcili tibbi yardım avtomobilləri, Türkiyə istehsalı olan “Ford Transit” markalı 10 ədəd sadə və 22 ədəd reanimobil “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən, həmçinin 84 ədəd Fiat Doblo markalı təcili tibbi yardım avtomobilləri “Autouniversal” Məhdud Məsuliyyətli Cəmiyyətindən satın alınmışdır.
Xəbərlər
Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası təsdiqlənib
25 Yanvar 2021 12:05
Tibb bacıları üçün “İnfeksiyaya nəzarət və profilaktikanın təşkili” mövzusunda təlimlərə başlanılıb
22 Yanvar 2021 11:30
Bərdə və Ağdam kənd tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir
19 Yanvar 2021 16:30
Ötən il icbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib
19 Yanvar 2021 10:33
Dövlət qurumlarının rəhbər şəxsləri koronavirusa qarşı peyvənd olunublar
18 Yanvar 2021 12:25
“Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib
15 Yanvar 2021 16:53
Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə noyabr ayı üzrə 28 500 manat müddətli əlavə və mükafat ödənilib
13 Yanvar 2021 16:28
Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə noyabr ayı üzrə 20 milyon manat müddətli əlavə ödəyib
13 Yanvar 2021 10:11
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Lənkəran rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olub
12 Yanvar 2021 14:29
Zaur Əliyev “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub
30 Dekabr 2020 13:34