18 Mart 2022 15:58
2022-ci ilin fevral ayı ərzində 63 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən cari ilin fevral ayı ərzində 63 şəhər və rayon üzrə 493 718 vətəndaşa 1 822 749 tibbi xidmət göstərilib. Ay ərzində tibb müəssisələrinə 826 335 müraciət daxil olub. Bu isə ölkə üzrə qeydə alınan bütün tibbi xidmət sayının 63 %-ni, müraciət sayının isə 62 %-ni əhatə edir. Fevral ayında bölgələrdə müraciətlər üzrə tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i isə stasionar şəraitdə göstərilib.
2022-ci ilin fevral ayı üzrə bölgələrdə əhaliyə göstərilən tibbi xidmətlərə dair digər göstəriciləri təqdim edirik:
Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir, Sumqayıt, Balakən, Gəncə, Şirvan, Qax, Yevlax, Beyləqan, Göygöl və Göyçay.
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Xaçmaz, Bərdə, Yevlax, Qəbələ, Quba, Balakən, Göyçay rayon mərkəzi xəstəxanaları.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Quba, Ağdaş, Bərdə, Lənkəran, Xaçmaz, Şəki, Salyan rayon mərkəzi xəstəxanaları.
Qeyd olunmalıdır ki, bir sıra tibb müəssisələri həm ambulator, həm stasionar tibbi xidmət göstərmiş müəssisələrin ilk onluğunda yer alıblar. Bunlar Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Xaçmaz, Bərdə, Quba rayon mərkəzi xəstəxanalarıdır.
Diqqətə çatdıraq ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində 63 şəhər və rayon üzrə 808 178 şəxsə 1 584 670 müraciət üzrə 3 503 224 tibbi xidmət göstərilib. Bu isə 2 ay ərzində ölkə üzrə qeydə alınan bütün müraciət sayının 63 %-ni, tibbi xidmət sayının isə 64 %-ni əhatə edir.
01.01.2021-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 63 inzibati ərazi vahidi üzrə qeydiyyatda olan əhalinin sayı 7 milyon 266 min 300 nəfər, bütün bölgələr üzrə isə 9 657 600 nəfərdir.
Ölkə üzrə cari ilin yanvar-fevral ayları ərzində 1 244 351 vətəndaşa 5 465 999 tibbi xidmət göstərilib. Beləliklə, bu dövrdə əhalinin 13 %-i icbari tibbi sığortadan yararlanıb. 2 507 890 müraciət üzrə tibbi xidmətlərin 82 %-i ambulator, 18 %-i isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərdən istifadə edənlərin 27 %-ni uşaqlar, 73 %-ni isə böyüklər təşkil edir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49