17 Sentyabr 2020 17:48
“Elmi-tibbi jurnallar üçün uğurlu məqalə necə yazılmalıdır?” mövzusunda vebinar keçiriləcək
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Səhiyyədə Fövqəladə Hallar” proqramı çərçivəsində 21 sentyabr 2020-ci il tarixində elmi işlə məşğul olan tibb mütəxəssislərini uğurlu elmi məqalələrin yazılması qaydaları və tələbləri ilə tanış etmək məqsədilə vebinar keçiriləcək.
Bir çox elmi-tibbi jurnal məqalələrin dərc edilməsi üçün mürəkkəb qaydalar və tələblər müəyyən edib. Həmin meyarlara cavab verməyən məqalələrlə bağlı iradlar isə, bəzən, müəlliflərdə suallar doğurur. Lakin mütəxəssislər hesab edirlər ki, bir sıra ümumi tövsiyələrə əməl etməklə nüfuzlu elmi jurnallara göndərilən məqalələrin dərcinə nail olmaq mümkündür. Vebinarda “The Lancet Global Health” jurnalının baş redaktoru Zoe Mullan təqdimatla çıxış edəcək.
Vebinar iştirakçıları:
• tədqiqatla bağlı müvafiq və düzgün sualların qoyuluşu metodlarını öyərəncəklər;
• tədqiqatın strukturunu daha uğurlu qura biləcəklər;
• nüfuzlu elmi-tibbi jurnallar üçün uğurlu məqalənin yazılma qaydalarını öyrənəcəklər.
Tarix: 21 sentyabr 2020
Vaxt: 14:30 - 16:00
Dil: İngilis dili
Vebinara qoşulmaq üçün məlumatlar:
Keçid: https://who.zoom.us/j/96055879288
Şifrə: Lancet20#
Elanlar
Peyvəndləməyə cəlb olunan tibb işçiləri üçün vebinar keçiriləcək
18 Yanvar 2021 17:52
COVID-19-a qarşı peyvəndləmə üzrə səhiyyə işçiləri üçün təlim kursu keçirilir
08 Yanvar 2021 09:52
“Tibbi Koreya Akademiyası” adlı onlayn klinik təlim proqramı keçiriləcək
27 Noyabr 2020 12:27
Tibb işçiləri üçün virtual Koronavirus Məlumat Mərkəzi istifadəyə verilib
26 Noyabr 2020 15:53
Yoluxucu Xəstəliklərin Epidemiologiyası üzrə Avropa Elmi Konfransı keçiriləcək
20 Noyabr 2020 15:50
Tibb mütəxəssisləri COVID-19 infeksiyası ilə bağlı beynəlxalq simpozium və təlim kursuna dəvət olunurlar
20 Oktyabr 2020 14:38
TƏBİB-in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərinə 2020-ci il üçün doktorantura və dissertantura hazırlığı üzrə qəbul keçirilir
20 Oktyabr 2020 12:37
Tibb işçiləri üçün yeni sayt istifadəyə verilib
04 Sentyabr 2020 16:17
Tibb işçiləri üçün COVID-19-la bağlı beynəlxalq təcrübəyə əsaslanan video formatında təlim proqramı
24 Avqust 2020 17:34
ÜST tibb müəssisələri üçün növbəti vebinar keçirəcək
04 Avqust 2020 16:48