17 Avqust 2021 16:37
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş qəbulu mərkəzlərində səyyar vaksinasiya təşkil edilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əhalinin sağlamlığını COVID-19-dan qorumaq üçün Nazirliyin vətəndaş qəbulu mərkəzlərində səyyar vaksinasiya təşkil edilib. Yalnız xidmətlərdən yararlanmaq üçün Nazirliyin vətəndaş qəbulu mərkəzlərinə müraciət edən vətəndaşlar könüllü olaraq COVID-19 xəstəliyi əleyhinə peyvənd oluna bilərlər. Məqsəd vətəndaşların COVID-19 xəstəliyi əleyhinə peyvəndə əlçatanlığını təmin etmək, onların rahat şəkildə və vaxt itirmədən vaksinasiyasını həyata keçirməkdir.
Səyyar briqadalar 1, 2, 3 və 4 saylı Bakı DOST Mərkəzləri, Abşeron DOST Mərkəzi, Nazirliyin Vətəndaşların qəbulu otağı (1 saylı Bakı DOST mərkəzinin “Nazirlik üzrə 1 saylı şöbə”si), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun Qəbul mərkəzində təşkil edilib. Səyyar briqadalarda yalnız “CoronaVac” vaksinindən istifadə olunur. Vətəndaşlar həkim yoxlanışından sonra peyvənd olunurlar.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları, yaxud peyvənd olunmağa əks göstəriş barədə təsdiqedici sənəd olduğu halda həyata keçirilir.
Məlumat üçün bildirək ki, eyni zamanda vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürərək vaksinasiya prosesində iştirak edə bilərlər.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49