09 Sentyabr 2021 15:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və ADA Universiteti Anlaşma Memorandumu imzalayıb
Sentyabrın 9-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və ADA Universiteti (Universitet) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Universitetin İcraçı prorektoru Dr. Fariz İsmayılzadə arasında imzalanan memorandumun əsas məqsədi Agentliyin Universitetlə əməkdaşlığının genişləndirilməsi çərçivəsində Universitetdə təhsil alan tələbələrə dəstək olmaq, o cümlədən karyera hazırlığı, kadrların peşəkar inkişafı, tələbəyönümlü və digər layihələrə dəstək sahəsində birgə fəaliyyətə töhfə verməkdir.
Qeyd edək ki, tərəflər arasında imzalanan memorandum çərçivəsində bir sıra layihə və təlimlərin təşkil olunması nəzərdə tutulur. Buraya Universitetin ixtisasartırma və digər təlim proqramlarında Agentliyin əməkdaşlarının, eləcə də Universitet tələbələrinin Agentliyin sağlam həyatın təşviqi mövzusunda keçirdiyi layihələrdə, təcrübə proqramlarında iştirakı, həmçinin birgə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi daxildir. Bununla yanaşı, Agentlik və Universitet müvafiq ekspertləri cəlb etməklə birgə təcrübə mübadiləsi proqramlarının və konfransların təşkilini, habelə elmi məqalələrin hazırlanmasını həyata keçirəcək. Eyni zamanda Agentlik Universitetin Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq müddətində istedadlı və təşəbbüskar tələbələri müxtəlif təlim və layihələrə cəlb edərək onların bilik və bacarıqlarının artırılmasına dəstək olacaqdır.
Tədbirdə həmçinin Agentiyin İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin rəhbəri Müşfiq Əmircanov, Beynəlxalq əlaqələr departamentinin məsləhətçisi Ülvi Salahov, ADA Universitetinin Fondunun Prezidenti Natiq Hacıyev və Universitetin Karyera İnkişaf Mərkəzinin mütəxəssisi Təranə Aslanova iştirak edib.
Xəbərlər
Zaur Əliyev Balakən rayonunda vətəndaşları qəbul edib
24 İyun 2022 17:40
May ayında icbari tibbi sığorta çərçivəsində 3,5 milyondan çox tibbi xidmət göstərilib
17 İyun 2022 14:30
Tibb ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş həkimlərimizin məzarlarını ziyarət ediblər
17 İyun 2022 10:11
Uşaqlarda kistoz fibroz xəstəliyinin aşkarlanması üçün müayinələr aparılır
14 İyun 2022 14:27
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb
10 İyun 2022 18:00
İrsi xəstəliklərin erkən diaqnostikası məqsədilə ölkədə ilk dəfə neonatal skrininq müayinələr keçirilir
10 İyun 2022 11:35
Azərbaycanın 15 dövlət tibb müəssisəsinin rəhbər heyəti Ankara Universitetinin təlimində iştirak edir
08 İyun 2022 14:30
Hepatit B və C viruslarına yoluxmuş şəxslərə ödənişsiz dərman preparatları verilir
06 İyun 2022 10:00
Xarici ölkədə təhsil almış həkimlər Bakı və Sumqayıt şəhərlərindəki dövlət tibb müəssisələrində işə cəlb olunur
02 İyun 2022 10:34
İxtisaslı həkimlərin əməkhaqları artırılır
01 İyun 2022 10:56