05 Dekabr 2016 11:15
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Estoniyaya səfər etmişdir
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Sadiq Mədətov və Tural Qulu Estoniyadan səfərdən qayıdıblar.
Agentliyin nümayəndə heyəti 1-2 dekabr tarixlərində Estoniya Respublikasının Tallin şəhərində Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üçün təşkil olunmuş Səhiyyə Sistemlərinin Müştərək Şəbəkəsinin 2-ci görüşündə iştirak ediblər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Qlobal Fondun, Ümumdünya Səhiyyə Təşkilatının və Estoniya Sosial İşlər Nazirliyinin birgə dəstəyi ilə təşkil edilən görüşün məqsədi iştirakçı ölkələrin maliyyə, səhiyyə və icbari tibbi sığorta üzrə mütəxəssisləri ilə dövlət büdcəsindən səhiyyəyə maliyyə resursları ayrılarkən meydana çıxan məsələlərin və səhiyyə sisteminin maliyyə dayanıqlılığını təmin etmək üçün hazırlanan effektiv siyasət sənədlərinin müzakirəsi olmuşdur. Görüşdə həmçinin, səhiyyə sistemlərinin fəaliyyətinə əsaslanan maliyyələşməsi, hesabatı və monitorinqi, səhiyyəyə ayrılan maliyyə resurslarının xərclənməsinə nəzarət mexanizmləri, müzakirə olunmuş və müxtəlif Avropa ölkələrinin bu sahədə təcrübələri öyrənilmişdir.
Agentliyin nümayəndələri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqda iştirakçılara məlumat veriblər.
Mütəxəssislər həmçinin, Estoniya Tibbi Sığorta Fondunda görüşlər keçiriblər. İcbari tibbi sığortanın Estoniya modeli ilə tanış olmuşlar. Daha sonra Agentliyin nümayəndələri Qərbi Tallin Mərkəzi Xəstəxanasında və İlkin Səhiyyə Xidməti göstərən mərkəzdə olmuş və tibbi xidmətin göstərilmə mexanizmləri ilə tanış olublar.
Xəbərlər
Dünya Bankının nümayəndələri ilə Agentlikdə görüş keçirilib
19 May 2022 14:13
Aprel ayında icbari tibbi sığorta çərçivəsində 3 milyondan çox tibbi xidmət göstərilib
18 May 2022 10:22
Səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı seminar təşkil olunub
17 May 2022 16:36
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
14 May 2022 15:15
“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb
13 May 2022 16:05
Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbir keçirilib
06 May 2022 19:41
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı artırılıb
06 May 2022 12:48
“Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib
05 May 2022 16:47
Agentliyin İdarə Heyətinin sədri Neftçalada vətəndaşları qəbul edəcək
05 May 2022 16:17
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
02 May 2022 12:38