01 İyun 2017 15:09
İcbari tibbi sığortanın tətbiq olunduğu pilot tibb müəssisələrində uşaqlar üçün bayram şənlikləri təşkil olundu
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdə - Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında bayram şənlikləri təşkil edilib. Mingəçevir Dövlət Dram Teatrının və Yevlax Kukla Xalq Teatrının aktyorları maraqlı proqramla uşaqları əyləndiriblər. Xəstəxana rəhbərlikləri tərəfindən stasionarda qalan uşaqlara hədiyyələr verilib.
Mingəçevir Uşaq Nevroloji sanatoriyasında təşkil edilən bayram şənliyində Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib. Tədbirdə çıxış edən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov bildirib ki, sanatoriyada qalan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı keçirilməsini təmin etmək məqsədi ilə quruma televizor və peyk antenası hədiyyə verilib.
Bundan başqa, fizioterapiya kabineti müvafiq tibbi heyət ilə təmin edilib. İcbari tibbi sığortanın tətbiq olunduğu müddətdə 4 anadangəlmə ürək-qüsurlu uşaq əməliyyat olunub.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər çərçivəsində Mingəçevir şəhəri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin rəhbərliyi 1 iyun tarixində doğulan körpələrin valideynlərinə doğum haqqında şəhadətnamələri xəstəxanada təqdim edib.
Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov bildirib ki, icbari tibbi sığortanın tətbiqi müddətində 86 uşağa müalicə, müayinə və əməliyyat üçün digər tibb müəssisələrinə göndəriş verilib. Yevlax rayonunda rəsmi qeydiyyatda olan 13 uşaq icbari tibbi sığorta çərçivəsində həyati vacib, dəyəri yüksək olan əməliyyat olunub.
Xəstəxananın direktoru bildirib ki, icbari tibbi sığortanın pilot layihəsi çərçivəsində uşaqlar qayğı ilə əhatə olunublar: “Ana və uşaqların sağlamlığının qorunması dövlətimizin ən prioritet istiqamətlərindən biridir. İcbari tibbi siğortanın baza zərfində 1829 tibbi xidmət vardır ki, pilot ərazilərdə qeydiyyatda olan digər əhali qrupları kimi uşaqlar da bu xidmətlərdən pulsuz yararlanırlar”.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30