25 İyul 2022 10:00
İyun ayında icbari tibbi sığorta çərçivəsində 3,4 milyondan çox tibbi xidmət göstərilib
İyun ayında icbari tibbi sığorta çərçivəsində 3,4 milyondan çox tibbi xidmət göstərilib
İyun ayında dövlət tibb müəssisələrinə 813 942 şəxs 1 479 929 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 453 419 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 29 %-ni uşaqlar, 71 %-ni isə böyüklər təşkil edib.
Bakı şəhəri üzrə tibbi statistik göstəricilər
Bu ilin iyun ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 320 331 şəxs 627 393 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 467 741 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 42 %-i və göstərilən tibbi xidmətlərin 43 %-i Bakı şəhərinin payına düşür.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Binəqədi Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Xəzər Tibb Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanası.
63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər
Cari ilin iyun ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 509 997 şəxs 852 536 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 985 678 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 58 %-i və göstərilən tibbi xidmətlərin 57 %-i regionların payına düşür.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Abşeron, Yevlax, Balakən, Quba, Xaçmaz və Ağdaş rayon mərkəzi xəstəxanaları.
İcbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində göstərilən xidmətlər
2022-ci ilin yanvar-may ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldə edən vətəndaşlar 22 168 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 485-i uşaqlara, 21 683-ü isə böyüklərə göstərilib.
Sözügedən tibbi xidmətlərdən 7 156-nı oftalmoloji əməliyyatlar, 6 306-nı invaziv radiologiya xidmətləri, 5 236-nı ürək-damar cərrahiyyəsi, 959-nu urologiya, 922-ni neyrocərrahiyyə, 278-ni travmatologiya, 221-ni ümumi cərrahiyyə, 131-ni LOR, 54-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı isə 283-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 65 və 557 olmuşdur. Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-may ayları üzrə davam edir.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45