09 Avqust 2019 11:42
“Körpə dostu klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlim keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə icrasına başladığı “Körpə Dostu Klinikası” təşəbbüsü çərçivəsində 2019-cu il 23-25 iyul, 31 iyul - 02 avqust tarixlərində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında “Körpə dostu klinikasında ana südü ilə qidalandırmanın dəstəklənməsi və təşviqi” mövzusunda təlim keçirilib. Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon Mərkəzi Xəstəxanalarının həkim və orta tibb heyəti üçün təşkil olunan təlim tibb müəssisələrində “Körpə Dostu Klinikası” Standartlarının tətbiqinə hazırlıq məqsədi daşıyıb.
Təlim proqramı bir sıra mövzuları əhatə edib: ana südü ilə qidalandırmanın təşviqi, süni qida vasitələrinin, əmzikli şüşələrin və əmziklərin təbliğatının aparılmaması, ana südü ilə qidalandırmaya dair tibb işçilərinin nəzəri bilik və praktiki bacarıq səviyyələrinin artırılması, körpələrdə olan xüsusi vəziyyətlər və ananın sağlamlığı ilə bağlı narahatlıqlar.
Təlim zamanı iştirakçılara ana südü ilə qidalandırılmanın həm körpə, həm də ana üçün əhəmiyyəti və qidalandırma zamanı yaranan çətinliklərin həlli yolları barədə məlumatlar verilib.
Həmçinin, “Körpə Dostu Klinikası” təşəbbüsü çərçivəsində pilot ərazilərdə fəaliyyət göstərən mərkəzi xəstəxanaların doğum şöbələrində “Analar Klubu”-nun yaradılması nəzərdə tutulub. Bu məqsədlə 8 avqust 2019-cu il tarixində ana südü ilə qidalanma üzrə məsləhətçi və Agentliyin məsul əməkdaşı pilot ərazilərə səfər ediblər. Səfər müddətində “Analar Klubu”-nun yaradılması və ana südü ilə qidalandırmanın əhəmiyyəti barədə anaların maarifləndirilməsi planlaşdırılıb.
“Körpə Dostu Klinikası” Standartlarının pilot ərazilərdə xidmət göstərən tibb müəssisələrində tətbiqi ana və uşaq sağlamlığının qorunması, sübutlu təbabət prinsiplərinə əsaslanan yanaşmanın icrası, ana südü ilə qidalandırmanın təşviqi və dəstəklənməsi, habelə süni qida məhsullarının, əmzikli şüşələrin və əmziklərin aqressiv marketinqi ilə uğurlu mübarizəsi üçün əsaslı zəmin yaradır.
Qeyd edək ki, 16 yanvar 2019-cu il tarixində Agentlik və UNICEF arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum ana və uşaqların sağlamlığının qorunması istiqamətində aparılan tədbirlərin əhatə dairəsinin genişləndirilməsi məqsədinə xidmət edir.
Xəbərlər
Dövlət tibb müəssisələrinin rəhbər heyəti Ankara Universitetində təlimdə iştirak ediblər
09 İyun 2023 15:00
Özbəkistan ölkəmizin icbari tibbi sığorta ilə bağlı təcrübəsini öyrənib
02 İyun 2023 12:00
Zaur Əliyev Qəbələ rayonunda vətəndaşları qəbul edib
26 May 2023 17:30
Agentliyin əməkdaşları böhran vəziyyətləri barədə məlumatlandırılıb
19 May 2023 14:00
Uşaqların profilaktik müayinələri icbari tibbi sığorta ilə təminata alınıb
19 May 2023 10:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin qiymətləndirilməsinin nəticələrini açıqlayıb
18 May 2023 10:06
ADA ilə əməkdaşlıq çərçivəsində “Potensialın Gücləndirilməsi Proqramı” məzunlarının təltifetmə mərasimi baş tutub
15 May 2023 16:14
ÜST tərəfindən yerli səhiyyə qurumları ilə əməkdaşlıqda Şamaxı rayonunda ilkin səhiyyə xidmətləri üzrə görülmüş işlərə baxış keçirilib
12 May 2023 14:38
Bakıdan dəvət olunmuş ixtisaslı həkimlər Lənkəranda uşaqları tibbi müayinə ediblər
12 May 2023 11:40
Agentlik “İnformasiya texnologiyaları sahəsi üzrə Könüllü Proqramı” elan edir
11 May 2023 15:14