17 İyun 2022 14:30
May ayında icbari tibbi sığorta çərçivəsində 3,5 milyondan çox tibbi xidmət göstərilib
May ayında dövlət tibb müəssisələrinə 809 586 şəxs 1 464 654 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 515 698 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 29 %-ni uşaqlar, 71 %-ni isə böyüklər təşkil edib.
Bakı şəhəri üzrə tibbi statistik göstəricilər
Bu ilin may ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 312 819 şəxs 604 237 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 380 369 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 41 %-i və göstərilən tibbi xidmətlərin 39 %-i Bakı şəhərinin payına düşür.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Binəqədi Tibb Mərkəzi, Xəzər Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu.
63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər
Cari ilin may ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 512 615 şəxs 860 417 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 135 329 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 59 %-i və göstərilən tibbi xidmətlərin 61 %-i regionların payına düşür.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Balakən, Xaçmaz, Abşeron, Quba, Yevlax və Zaqatala rayon mərkəzi xəstəxanaları.
İcbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində göstərilən xidmətlər
2022-ci ilin yanvar-aprel ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldə edən vətəndaşlar 12 840 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 246-sı uşaqlara, 12 594-ü isə böyüklərə göstərilib.
Sözügedən tibbi xidmətlərdən 4 349-nu oftalmoloji əməliyyatlar, 4 018-ni invaziv radiologiya xidmətləri, 2 517-ni ürək-damar cərrahiyyəsi, 608-ni urologiya, 495-ni neyrocərrahiyyə, 102-ni ümumi cərrahiyyə, 101-ni travmatologiya, 57-ni LOR, 21-ni isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı isə 186-dır. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 62 və 324 olmuşdur.
Vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-aprel ayları üzrə davam edir. Xatırladaq ki, hazırda Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 57-yə çatır və bu say mütəmadi olaraq yenilənir.
Xəbərlər
Zaur Əliyev Balakən rayonunda vətəndaşları qəbul edib
24 İyun 2022 17:40
Tibb ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş həkimlərimizin məzarlarını ziyarət ediblər
17 İyun 2022 10:11
Uşaqlarda kistoz fibroz xəstəliyinin aşkarlanması üçün müayinələr aparılır
14 İyun 2022 14:27
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb
10 İyun 2022 18:00
İrsi xəstəliklərin erkən diaqnostikası məqsədilə ölkədə ilk dəfə neonatal skrininq müayinələr keçirilir
10 İyun 2022 11:35
Azərbaycanın 15 dövlət tibb müəssisəsinin rəhbər heyəti Ankara Universitetinin təlimində iştirak edir
08 İyun 2022 14:30
Hepatit B və C viruslarına yoluxmuş şəxslərə ödənişsiz dərman preparatları verilir
06 İyun 2022 10:00
Xarici ölkədə təhsil almış həkimlər Bakı və Sumqayıt şəhərlərindəki dövlət tibb müəssisələrində işə cəlb olunur
02 İyun 2022 10:34
İxtisaslı həkimlərin əməkhaqları artırılır
01 İyun 2022 10:56
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
31 May 2022 12:22