21 Aprel 2022 17:43
Münaqişədən zərər çəkmiş bölgələrdə ilkin səhiyyə xidməti gücləndirilir
21 aprel 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb. Görüşdə nümayəndəliyin “Sağlamlıq proqramı” üzrə meneceri Nassarullah Dar, sahə meneceri Sunay Mustafayeva, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev və departamentin əməkdaşı Nigar Rüstəmova iştirak ediblər.
Görüş çərçivəsində Agentlik və BQXK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun ümumi məqsədi fövqəladə hadisələrdən zərər çəkmiş ərazilərin mülki əhalisi və məcburi köçkün ailələrinə ilkin səhiyyə xidməti çərçivəsində keyfiyyətli və vaxtında müalicə-profilaktik yardımın göstərilməsinə dəstək olmaqdır. Bu məqsədlə Tərtər rayonunun Borsunlu və Sarov, Ağdam rayonunun Əfətli kəndində fəaliyyət göstərən kənd həkim məntəqələrində ilkin səhiyyə xidmətinin müasir standartlara uyğun təşkil edilməsi nəzərdə tutulur. Əsaslı təmir edilən həkim məntəqələri ilkin səhiyyə xidmətinin göstərilməsi üçün zəruri tibbi ləvazimat və tibbi sərfiyyat malları ilə təchiz ediləcək.
Memorandum çərçivəsində həmçinin kənd həkim məntəqələrində çalışan tibb işçilərinin bacarıqlarının artırılması məqsədi ilə təlimlər təşkil olunacaq.
Tədbirdə Agentliklə əməkdaşlıq çərçivəsində BQXK-nın dəstəyi ilə bölgələrdə icra olunan layihələr haqqında fikir mübadiləsi də aparılıb. Qeyd olunub ki, uğurlu əməkdaşlıq nəticəsində ötən il BQXK tərəfindən Ağdam rayonunun Əfətli, Əhmədağalı, Təzəkənd, Tərtər rayonunun Evoğlu, Borsunlu, Seydimli, Hüsənli, Sarov, Şuşa rayonunun Mirzələr kəndində yerləşən kənd həkim məntəqələri əsaslı təmir olunaraq istifadəyə verilib. İlkin səhiyyə xidmətinin göstərilməsi zamanı istifadə olunan lazımi tibbi ləvazimatlar BQXK tərəfindən həkim məntəqələrinə ianə edilib.
Xəbərlər
Dünya Bankının nümayəndələri ilə Agentlikdə görüş keçirilib
19 May 2022 14:13
Aprel ayında icbari tibbi sığorta çərçivəsində 3 milyondan çox tibbi xidmət göstərilib
18 May 2022 10:22
Səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı seminar təşkil olunub
17 May 2022 16:36
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
14 May 2022 15:15
“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb
13 May 2022 16:05
Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbir keçirilib
06 May 2022 19:41
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı artırılıb
06 May 2022 12:48
“Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib
05 May 2022 16:47
Agentliyin İdarə Heyətinin sədri Neftçalada vətəndaşları qəbul edəcək
05 May 2022 16:17
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
02 May 2022 12:38