26 İyul 2021 10:58
“OpenWHO” platforması “İnfeksiyanın profilaktikası və nəzarəti (İPN) üzrə liderlik və proqramın idarə edilməsi” mövzusunda tibb işçilərini onlayn kursa dəvət edir
COVID-19 pandemiyası onlayn təlim vasitələrinə sahib olmağın əhəmiyyətini artırıb. Bu vasitələr həm qısa zamanda daha geniş auditoriyaya çatmaq, həm də bilik və bacarıqları paylaşarkən fiziki təmasları minimuma endirməyə kömək edir.
Bunu nəzərə alaraq, Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST-nin Ölkə Ofisi “OpenWHO” platformasında Azərbaycan dilində ilk onlayn kurs – “İnfeksiyanın profilaktikası və nəzarəti (İPN) üzrə liderlik və proqramın idarə edilməsi” kursunu tərcümə edərək tibb işçilərinin istifadəsinə verib. Xəstəxana İPN komitələrinin üzvləri üçün nəzərdə tutulan kurs layihələrin idarə edilməsi və keyfiyyətin yüksəldilməsi üçün multimodal strategiyalar barədə lazımi bilik və bacarıqlar verməklə səhiyyə müəssisələrində İPN-lə bağlı vəziyyəti yaxşılaşdırmağa kömək edəcək.
Əgər səhiyyə müəssisəsi rəhbəri və ya xəstəxana İPN komitəsi üzvüsünüzsə, sizi bu kursu keçməyə dəvət edirik. Kursu bitirmək üçün təxminən 4 saat lazımdır. Kursu öz vaxtınıza uyğun hissə-hissə keçib bitirə bilərsiniz. Kursun sonundakı onlayn testdə ən azı 70% nəticə əldə edənlərə ÜST tərəfindən elektron sertifikat təqdim ediləcəkdir.
Kursda iştirak etmək üçün buraya daxil olun.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
OpenWHO platformasındakı kurslarda iştirak etmək üçün.
- “OpenWHO” platformasında qeydiyyatdan keçin və elektron poçt ünvanınıza göndərilən məktubu təsdiqləyin;
- Səhifəyə daxil olduqdan sonra dil seçimi edib (rus dilini seçə bilərsiniz) profilinizi yaratmaq üçün tələb olunan məlumatları daxil edin.
- Əsas menyudakı “Kanallar” bölməsində mövzunu seçib kurslar siyahısına daxil olun. Dil seçimi etdikdən sonra seçdiyiniz dildə mövcud olan bütün kurslar ekranda görünəcək.
- Açılan siyahıdan sizə uyğun olan kursu seçin.
Platfomanın mobil tətbiqini yükləmək üçün:
IOS: https://apps.apple.com/us/app/openwho/id1183923481
Android: https://play.google.com/store/apps/details?id=de.xikolo.openwho&hl=az&gl=US
Elanlar
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00
Agentliyin İdarə Heyətinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
05 Oktyabr 2023 10:00
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
05 Sentyabr 2023 10:00
Agentliyin İdarə Heyətinin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edəcək
29 Avqust 2023 23:00
Agentliyin İdarə Heyətinin sədri Qazax şəhərində vətəndaşları qəbul edəcək
31 İyul 2023 17:10
Tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması üzrə tender elan edilib
27 İyul 2023 15:00
"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" üzrə elan edilmiş tenderin qalibi müyyən olub
21 İyul 2023 10:00
“Tibb müəssisələrinin istifadəsi üçün spesifik tibbi ləvazimat və sərfiyyat materialları"nın satın alınması
17 İyul 2023 10:00
“Angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üzrə tender elan edilib
16 İyul 2023 14:00