24 Fevral 2022 17:04

Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 116.6 milyon manatdan çox müddətli əlavə və mükafat ödənilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 102.4 milyon manata yaxın, qeyri-tibb işçilərinə isə 14.2 milyon manatdan çox müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən il ərzində iş vaxtına/saatına mütənasib olaraq 50 936.79 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə 59 750.00 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə ötən il üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

 

Aylar

Dövlət tibb müəssisələri üzrə

Özəl tibb müəssisələri üzrə

Könüllülər üzrə

Cəmi

Tibb işçiləri

Qeyri-tibb işçiləri

Yanvar

16,320,184.07     AZN 

(13 136 nəfər)

1,973,123.94 AZN 

(2905 nəfər)

-

11 250.00

AZN

(45 nəfər)

18,304,558.01 AZN

(16,086 nəfər)

Fevral

5,884,913.26  AZN

(7 177 nəfər)

857,016.68

AZN

(2013 nəfər)

   7,070.71 AZN

      (1 nəfər)

12 000,00

AZN

(48 nəfər)

6,761,000.65 AZN      (9,239 nəfər)

Mart

7,778,612.82 AZN

(7 859 nəfər)

1,110,240.86 AZN

(2 045 nəfər)

-

9 500,00 AZN    (38 nəfər)

8,898,353.68 AZN

(9 942 nəfər)

Aprel

12,797,498.78 AZN

(10 622 nəfər)

1,194,963.88 AZN

(2 226 nəfər)

16 372.05 AZN

 (6 nəfər)

5 000,00 AZN 

(20 nəfər)

14,013,834.71 AZN

(12 874 nəfər)

May

10,265,093.83 AZN

(9 713 nəfər)

961,818.63 AZN

(2 081 nəfər)

2 791.59 AZN

 (2 nəfər)

5 000,00 AZN

(20 nəfər)

11,234,704.05 AZN

(11 816 nəfər)

İyun

3,946,943.52 AZN

(5 836 nəfər)

526,655.26 AZN

(1 720 nəfər)

1 904,55 AZN

 (2 nəfər)

5 000,00 AZN

(20 nəfər)

4,480,503.33 AZN

(7 578 nəfər)

İyul

3,411,236.57 AZN

(5010 nəfər)

574,423.63 AZN

(1 643 nəfər)

1 318.87 AZN

 (1 nəfər)

4 250,00 AZN 

(17 nəfər)

3,991,229.07 AZN

(6 671 nəfər)

Avqust

8,024,797.40 AZN

(8 862 nəfər)

1,163,152.73 AZN

(2 179 nəfər)

3 320.25 AZN

 (2 nəfər)

3 250,00 AZN

(13 nəfər)

9,194,520.38 AZN

(11 056 nəfər)

Sentyabr

11,036,228.38 AZN

(9 539 nəfər)

1,546,941.60 AZN

(2 625 nəfər)

6 341.30 AZN

 (3 nəfər)

1 250,00 AZN 

(5 nəfər)

12,590,761.28 AZN

(12 172 nəfər)

Oktyabr

7,713,986.03 AZN

(7 665 nəfər)

1,439,296.06 AZN

(2 678 nəfər)

4 056.70 AZN

 (2 nəfər)

1 250,00 AZN 

(5 nəfər)

9,158,588.79 AZN (10 350 nəfər)

Noyabr

8,347,115.60 AZN

(7 429 nəfər)

1,602,092.10

AZN

(2 663 nəfər)

3,866.34

AZN 

(2 nəfər)

1 000,00

AZN

(4 nəfər)

9,954,074.04 AZN

(10 098 nəfər)

Dekabr

6,842,821.25 AZN

(6 669 nəfər)

1,261,079.21

AZN

(2 409 nəfər)

3,894.43

AZN 

(2 nəfər)

1,000.00       AZN   

(4 nəfər)

8,108,794.89 AZN

(9 084 nəfər)

 

CƏMİ:

 

102,369,431.51 AZN

 

 

14,210,804.58 AZN

 

50 936.79 AZN

 

  59 750,00 AZN

 

 

116,690,922.88 AZN

 

 

Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən noyabr və dekabr ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2022-ci il tarixli 50 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il martın 1-dək uzadılıb.

 

 

 

 

Zəng sifariş et