10 Noyabr 2017 10:58
Pilot ərazilərdə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri başa çatıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 oktyabr tarixlərində skoliozun profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil etmişdir. Sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktika tədbirlərinin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.
Məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinə daha çox rast gəlindiyini, erkən aşkarlanma zamanı profilaktik tədbirlərin daha səmərəli olduğunu nəzərə alaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlax rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə müayinələr təşkil etmişdir və 9228 şagird müayinələrə cəlb olunmuşdur. Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri aşkarlanmış və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilmişdir.
Məktəblərdə aparılmış müayinələrlə yanaşı Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərinə müxtəlif yaş qrupuna aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər.
Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9519 nəfər təşkil etmişdir. Onlardan 32 nəfərinə rentgen müayinəsindən keçmək üçün göndəriş verilmişdir. Rentgen müayinəyə göndərişlərin səbəbləri də müxtəlif olmuşdur: yeriyərkən bir tərəfə əyilmə, çiyinlərdə və çanaqda asimmetriyalar, onurğada ağrılar və s.
Müraciət edən vətəndaşların 9294 nəfəri 0-15, 45 nəfəri 16-25 yaş, 38 nəfəri 26-35, 41 nəfəri 36-45 yaş, 42 nəfəri 46-55 yaş, 44 nəfəri 56-70 yaş arasında, 15 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən aşkarlanmışdır. Belə ki, müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları aşkarlanmışdır. Bundan əlavə 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu aşkarlanıb. Digər müraciətçilərdə onurğa sütünu ilə bağlı heç bir patologiya aşkar olunmamışdır.
Ailə həkimləri müayinəyə gələnlərə sağlam həyat tərzi, skoliozun ilkin əlamətləri, tibbi müayinələrin vacibliyi, həmçinin, valideynlərə övladlarının qamətinin düzgün formalaşmasına diqqət yetirmələri, onları idmana yönləndirmələri haqqında mühüm məsləhətlər veriblər. Məktəbyaşlı uşağın yazı masasının onun yaşına və boyuna uyğun quraşdırılmasının, məktəbli çantasının ağır olmamasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində pilot ərazilərin sakinlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Qamətli nəsil yetişdirək” bukleti paylanmışdır.
Xəbərlər
Agentliyin İdarə Heyəti sədrinin müavini “Caspian Energy Club”un “Online B2G Forum”unda iştirak edib
23 Fevral 2021 16:36
2021-ci ilin yanvar ayı ərzində icbari tibbi sığorta çərçivəsində 800 mindən çox tibbi xidmət göstərilib
22 Fevral 2021 12:09
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin MƏLUMATI
16 Fevral 2021 09:45
Agentliyin “1542” Çağrı mərkəzinə ötən il 133 574 müraciət daxil olub
12 Fevral 2021 10:31
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Gəncə şəhərində icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olub
11 Fevral 2021 14:21
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib
05 Fevral 2021 14:29
İcbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı mətbuat konfransı keçirilib
04 Fevral 2021 11:14
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
03 Fevral 2021 08:23
2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16174 vətəndaş müraciəti daxil olub
01 Fevral 2021 11:35
Agentliyin konsolidə olunmuş maliyyə hesabatlarına dair kənar auditor rəyi ilə bağlı açıqlaması
29 Yanvar 2021 16:17