24 İyun 2021 09:44
Təltifetmə mərasimi keçirilib
İyunun 23-də Təhsil Nazirliyinin təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən “Məktəblinin dostu” layihəsinin əməkdaşları və məktəb direktorlarının mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə təhsil naziri Emin Əmrullayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının vaksinasiya prosesinin təşkilində fəaliyyətini yüksək qiymətləndirib. Nazir pandemiya dövründə “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə aparılan xüsusi iş prosesindən də geniş söz açıb.
Emin Əmrullayev sonda təltif edilən əməkdaşları təbrik edib, məktəblinin dostlarına iş fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin vaksinasiyada fəal iştirakı peyvəndləmə prosesinin uğurla həyata keçirilməsinə öz töhfəsini verib. Zaur Əliyev təlim-tədris prosesinin fasiləsiz təmin olunması üçün vaksinasiya işinin bu cür yüksək səviyyədə təşkilinin təqdirəlayiq olduğunu deyib.
Daha sonra təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən 44 məktəblinin dostu, 10 heyət üzvü, 13 direktora sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49