20 Oktyabr 2023 12:30
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə tibbi aksiya təşkil edilib. Aksiyanın keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
Tibbi müayinələrə Agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 8 saylı Uşaq Poliklinikasının həkim heyəti cəlb edilib. Aksiya çərçivəsində Bakı şəhərində 3 uşaq sığınacağının sakinləri və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin üzvləri terapevt, pediatr, cərrah, ginekoloq nevroloq, oftalmoloq, kardioloq və dermatoloq tərəfindən müayinə ediliblər. Aksiyada, ümumilikdə, 260 nəfər iştirak edib.
Uşaq və qadınların sağlamlığının ümumi vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də aparılıb. Laborator analizlərin nəticələrinə əsasən bəzi şəxslərdə vitamin D defisiti müşahidə olunub. Bəzi müayinə nəticələrinə əsasən isə stasionar müayinə və müalicəyə ehtiyac yaranıb. Müayinədən keçən şəxslərin bəzilərində fimoz diaqnozu, adenoid hipertrofiyası və xroniki tonzillit, ürək ritminin pozulması, soltərəfli qasıq yırtığı və burun çəpər əyriliyi aşkarlanıb. Həmin şəxslər Agentliyin dəstəyi ilə aidiyyəti üzrə əməliyyat və müalicələrə yönəldiliblər.
4 ay öncə keçirilən müayinə və müalicələrin nəticəsində aşkarlanan dəri xəstəliklərinin sayında təkrar müayinələr zamanı azalmalar müşahidə olunub.
Müayinə edilmiş şəxslər nəticələrə əsasən həkim təyinatına uyğun dərman preparatları ilə ödənişsiz təmin ediliblər.
Vurğulayaq ki, Agentlik hər zaman həssas qruplardan olan şəxslərə xüsusi qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq tədbirlər görür.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07