26 İyul 2021 10:08
TƏBİB- in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli №356s sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” təsdiq edilmişdir. Qeyd edilən sərəncam əsasında TƏBİB- in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərə 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilir.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları.
Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Kardiologiya (3218.01) - 3 (qiyabi; ödənişli əsaslarla);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:
- Kardiologiya (3218.01) - 2 (1- büdcə hesabına; 1- ödənişli əsaslarla);
Elmlər doktoru proqramı üzrə dissertanturaya:
- Kardiologiya (3218.01) - 2 (1- büdcə hesabına; 1-ödənişli əsaslarla);
Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Fətəli xan Xoyski 85, Bakı, Nərimanov, AZ1072
Telefon: (+994 12) 564-49-09, (+994 12) 564-49-72, (+994 12) 564-18-84.
e-mail ünvanı: etki@tabib.gov.az
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Pediatriya (3220.01) 1 (əyani; büdcə hesabına);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:
- Pediatriya (3220.01) 3 (büdcə hesabına).
Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Bəsti Bağırova 17, Bakı, Yasamal, AZ1065
Telefon: (+994 12) 595-30-03, (+994 12) 594-79-25, (+994 12) 596-78-05
e-mail ünvanı: etpi@tabib.gov.az
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Cərrahlıq (3213.01) 1 (qiyabi; ödənişli əsaslarla);
- Anesteziologiya və reanimatologiya (3231.01) 1 (qiyabi; ödənişli əsaslarla);
- Ürək və damar cərrahlığı (3236.01) 1 (qiyabi; ödənişli əsaslarla);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:
- Cərrahlıq (3213.01) 1 (büdcə hesabına);
Elmlər doktoru proqramı üzrə doktoranturaya:
- Cərrahlıq (3213.01) 1 (qiyabi; ödənişli əsaslarla);
Elmlər doktoru proqramı üzrə dissertanturaya:
- Şüa diaqnostikası (3225.01) 1 (büdcə hesabına);
- Ürək və damar cərrahlığı (3236.01) 1 (büdcə hesabına).
Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Abbas Mirzə Şərifzadə 196, Bakı, Yasamal, AZ1122
Tel.: +994 12 432 11 86 ; +994 12 432 18 30 ; +994 12 432 00 84
e-mail ünvanı: ecm@tabib.gov.az
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Travmatologiya və Ortopediya (3227.01) - 4 (2- əyani; büdcə hesabına; 2- qiyabi; büdcə hesabına);
Elmlər doktoru proqramı üzrə doktoranturaya:
- Travmatologiya və Ortopediya (3227.01) - 1 (əyani; büdcə hesabına).
Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Abbas Səhhət 32, Bakı, Nəsimi, AZ1007
Telefon: (+994 12) 440-53-21, (+994 12) 440-11-75.
e-mail ünvanı: ettoi@tabib.gov.az
Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Mamalıq və ginekologiya (3215.01) - 3 (əyani; büdcə hesabına);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:
- Mamalıq və ginekologiya (3215.01) 2 (büdcə hesabına);
- Elmlər doktoru proqramı üzrə doktoranturaya:
- Mamalıq və ginekologiya (3215.01) 1 (əyani; büdcə hesabına).
Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Kazım Kazımzadə 118, Bakı, Yasamal, AZ1065
Telefon: (+994 12) 510-09-52, (+994 12) 510-09-51
e-mail ünvanı: etmgi@tabib.gov.az
Milli Hematologiya və Transfuziologiya Mərkəzi 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Hematologiya və qanköçürmə (3232.01) 1 (qiyabi; büdcə hesabına);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:
- Hematologiya və qanköçürmə (3232.01) - 4 (büdcə hesabına).
Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Mirəli Qaşqay 87, Bakı, AZ1007.
Tel.: (012) 440 53 18
e-mail ünvanı: mhtm@tabib.gov.az
V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
2021-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Mikrobologiya (2414) - 1 (əyani; büdcə hesabına);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:
- Mikrobologiya (2414) - 4 (büdcə hesabına).
Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Cəfər Cabbarlı 37, Bakı, Yasamal, AZ1065
Telefon: (+994 12) 594-73-45, (+994 12) 594-69-31, (+994 12) 440-51-27.
e-mail ünvanı: ettpi@tabib.gov.az
Elmi- Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2021-ci il üçün üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Mikrobiologiya (2414.01) 1 (əyani; büdcə hesabına);
- Ftiziatriya (3228.01) 1 (qiyabi; büdcə hesabına);
- Pulmonologiya (3235.01) 1 (qiyabi; büdcə hesabına);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:
- Ftiziatriya (3228.01) 1 (büdcə hesabına);
- Pulmonologiya (3235.01) 1 (büdcə hesabına);
Elmlər doktoru proqramı üzrə doktoranturaya:
- Ftiziatriya (3228.01) - 1 (qiyabi; büdcə hesabına).
Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Məmmədəli Şərifli 161, Bakı, Nizami, AZ1118
Telefon: (+994 12) 421-20-73, (+994 12) 421-44-98, (+994 12) 421-21-71.
e-mail ünvanı: etaxi@tabib.gov.az
Elmi- tədqiqat Tibbi Bərpa Institutu 2021-ci il üçün üçün doktorantura və dissertanturaya qəbul elan edir:
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:
- Sinir xəstəlikləri (3223.01) - 1 (əyani; büdcə hesabına);
- Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (əyani; büdcə hesabına);
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya:
- Daxili xəstəliklər (3205.01) - 1 (büdcə hesabına);
- Sinir xəstəlikləri (3223.01) - 1 (büdcə hesabına);
- Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya (3245.01) - 1 (büdcə hesabına).
Sənədlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: Xətai 9, Bakı, Nərimanov, AZ1008
Telefon: (+994 12) 496-07-06, (+994 12) 496-07-40.
e-mail ünvanı: ettbi@tabib.gov.az
Qeyd: Müsabiqədə iştirak etmək istəyənlər 27 avqust 2021-ci il tarixi, saat 16:00-dək aşağıdakı sənədləri əyani şəkildə təqdim etməlidirlər:
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul üçün:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
-tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantlıq yolu ilə təhsil almaq üçün:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
- «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elanlar
Agentliyin İdarə Heyətinin sədri Gəncə şəhərində vətəndaşları qəbul edəcək
06 İyun 2023 16:00
Agentliyin İdarə Heyətinin sədri Qəbələ rayonunda vətəndaşları qəbul edəcək
02 May 2023 11:30
"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı" üzrə Perkin Elmer GSP üçün reaktiv, sərfiyyat və avadanlığın satın alınması məqsədilə tender elan edilir
01 May 2023 10:00
Agentlik İT sahəsi üzrə Könüllü proqramı layihəsi elan edir
26 Aprel 2023 17:00
Agentliyin İdarə Heyətinin sədri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək
13 Aprel 2023 11:15
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə tender elan edilir
28 Mart 2023 12:00
“Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətləri”nin satın alınması məqsədilə keçirilmiş tenderin qalibi müəyyən olub
16 Mart 2023 14:00
“Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üzrə tender elan edilir
15 Mart 2023 17:35
“Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması üzrə tender elan edilir
09 Mart 2023 17:50
“Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri”nin icrası ilə əlaqədar dərman vasitələrinin satın alınması üzrə tender elan edilir
01 Mart 2023 16:50