08 Aprel 2020 09:56

"Təmiz əllər" kampaniyası davam edir

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən “Təmiz əllər” kampaniyası davam edir. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvidən estafeti qəbul edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov kampaniyada iştirak edib və estafeti Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskasa ötürüb.

Sonra Kəstutis Yankauskasdan estafeti qəbul edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev kampaniyada iştirak edib və estafeti USAID-in Azərbaycandakı missiya direktoru Caydev Sinqxə ötürüb. 

Daha sonra Caydev Sinqxdən estafeti qəbul edən BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev kampaniyada iştirak edib və estafeti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambrosoya ötürüb.

Növbəti mərhələdə Quido Ambrosodan estafeti qəbul edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov kampaniyada iştirak edib və estafeti Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevə ötürüb. Vladimir Qyorqiyev kampaniyada iştirak edərək estafeti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlıya ötürüb.

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.

Videolarla aşakıdakı linklərə keçid etməklə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=WNNS3uZsnWU – Navid Naqvi
https://www.youtube.com/watch?v=1Ilu4-w3dOw – Orxan Məmmədov
https://www.youtube.com/watch?v=Md6LNN2ulYQ -  Kəstutis Yankauskas 
https://youtu.be/TrzLgv7C7b4 - Azay Quliyev
https://youtu.be/RW8WIR6YOrg - Caydev Sinqx
https://youtu.be/wkwZA4Xzxq4 - Fərid Babayev
https://youtu.be/8mDNTkV24LQ - Quido Ambroso
https://youtu.be/WrDtLuLziNI - Fuad Hüseynov 
https://youtu.be/OHCcTS8LGq4 - Vladimir Qyorqiyev

 

Zəng sifariş et