06 İyul 2018 14:44
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb işçiləri üçün yeni imkan yaratmışdır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) pilot ərazilərdəki tibb müəssisələrində çalışan həkimlərin Britaniya Tibb Jurnalının (British Medical Journal (BMJ)) “BMJ Best Practice” və “BMJ Learning” adlı onlayn resurslarından ödənişsiz istifadəsini təmin etmişdir. Bu onlayn resurslar həkimlərə peşəkarlıq səviyyələrini, kliniki bacarıqlarını, biliklərini və səhiyyə sahəsindəki yeniliklərlə bağlı məlumatlılığını artırmağa, sübutlara əsaslanmış məlumatlar əsasında araşdırmalar aparmağa kömək edir.
Qeyd etmək lazımdır ki, sözügedən resurslar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsilin inkişaf etdirilməsi məqsədi ilə akkreditasiya olunmuşdur.
“BMJ Best Practice” həkimlərə diaqnostika və müalicə ilə bağlı qərarların verilməsində ən son məlumatları asanlıqla əldə etməyi təmin edən onlayn informasiya mənbəyidir. “BMJ Best Practice” istifadəçilərə müxtəlif xəstəliklərin diaqnostikası, proqnozu, müalicəsi və profilaktikası sahəsində sübutlu təbabətin prinsiplərinə əsaslanan araşdırmalar, təlimatlar və ekspert rəyi əsasında gündəlik olaraq yenilənən addımbaaddım təlimatlar təklif edir.
“BMJ Learning” onlayn təlim platforması həkimlərə öz biliklərini yoxlamaq və tibb sahəsindəki son yeniliklərdən xəbərdar olmaq imkanı yaradır. O, 70 ixtisas sahəsi üzrə sübutlara əsaslanan və 1000-ə yaxın resenziya olunmuş distant tibbi təlim kurslarını əhatə edir.
Bu resurslarda həmçinin rezidentlər, xəstəxana və ilkin səhiyyə xidməti həkimləri, tibb təşkilatları, tədqiqatçılar və tibb alimləri üçün nəzərdə tutulan nəşrlər mövcuddur. “BMJ” onlayn jurnalında müxtəlif yoluxucu və qeyri-yoluxucu xəstəliklərin müalicə və diaqnostikası haqqında Azərbaycan, ingilis və rus dillərində daim yenilənən məlumatlar yerləşdirilib. Jurnalda 454 mövzu isə Azərbaycan dilinə tərcümə olunmuşdur.
Onu da qeyd edək ki, Agentliyin “BMJ”-nin Azərbaycan nümayəndəliyinin onlayn resurslardan istifadə qaydaları” ilə bağlı pilot ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) təşkil etdiyi təlimlərdə 108 nəfər həkim iştirak etmişdir. Təlimlərdə “BMJ”-nin onlayn resursunda qeydiyyatdan keçmək üçün hər pilot bölgədən BMJ nümayəndəsi seçilmiş və həmin şəxsə resursa giriş kodu və parolu təqdim olunmuşdur.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49