20 Oktyabr 2020 14:38
Tibb mütəxəssisləri COVID-19 infeksiyası ilə bağlı beynəlxalq simpozium və təlim kursuna dəvət olunurlar
Koreya Milli Sağlıq Sığortası və Qiymətləndirmə Agentliyi (HIRA - Korea Health Insurance Review and Assesment Service) tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar olaraq müxtəlif ölkələrin tibb mütəxəssisləri və rəsmilərinin iştirakı ilə virtual formatda “COVID-19 – səhiyyə sisteminin gücləndirilməsi yolu ilə “yeni normal” şəraitin tənzimlənməsi” mövzusunda beynəlxalq simpozium və təlim kursu keçiriləcəkdir.
Tədbir müxtəlif ölkələrin (Almaniya, Birləşmiş Krallıq, Danimarka, Avstraliya, Sinqapur və s.) COVID-19 strategiya təcrübəsi, Səhiyyə sisteminin keyfiyyətinin artırılması yolları, Sığorta sistemi, COVID-19 zamanı IT sistem və digər pandemiyaya bağlı mövzuları əhatə edəcəkdir.
HIRA - 2007-ci ildən Koreyanın Səhiyyə və Rifah Nazirliyi nəzdində yaradılmış və Milli Sağlamlıq Sığortası (National Health İnsurance) qurumunun keyfiyyətinin qiymətləndirilməsi və nəzərdən keçirilməsinə dair məsul olan dövlət agentliyidir. Agentliyin əsas fəaliyyət istiqaməti tibbi müalicə paketlərinin hazırlanması, tibbi xidmət xərclərinin yoxlanılması və nəzərdən keçirilməsindən ibarətdir.
- Tədbirin tarixi: 26, 27, 28 oktyabr 2020
- Qeydiyyat tarixi: 23 oktyabr 2020-ci il tarixinədək bu linkdən qeydiyyatdan keçmək tələb olunur.
- Tədbirin keçirilmə vaxtı: səhər saat 4:30-dan 13:00-a qədər. Canlı sessiyalara qoşula bilməyən iştirakçılar buradan məruzələri dinləyə bilərlər.
- Tədbirin proqramı və spikerlərlə buradan tanış ola bilərsiniz.
- Tədbirdə iştirak ödənişsizdir.
- Tədbir ingilis dilində keçirilir.
Elanlar
Peyvəndləməyə cəlb olunan tibb işçiləri üçün vebinar keçiriləcək
18 Yanvar 2021 17:52
COVID-19-a qarşı peyvəndləmə üzrə səhiyyə işçiləri üçün təlim kursu keçirilir
08 Yanvar 2021 09:52
“Tibbi Koreya Akademiyası” adlı onlayn klinik təlim proqramı keçiriləcək
27 Noyabr 2020 12:27
Tibb işçiləri üçün virtual Koronavirus Məlumat Mərkəzi istifadəyə verilib
26 Noyabr 2020 15:53
Yoluxucu Xəstəliklərin Epidemiologiyası üzrə Avropa Elmi Konfransı keçiriləcək
20 Noyabr 2020 15:50
TƏBİB-in tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərinə 2020-ci il üçün doktorantura və dissertantura hazırlığı üzrə qəbul keçirilir
20 Oktyabr 2020 12:37
“Elmi-tibbi jurnallar üçün uğurlu məqalə necə yazılmalıdır?” mövzusunda vebinar keçiriləcək
17 Sentyabr 2020 17:48
Tibb işçiləri üçün yeni sayt istifadəyə verilib
04 Sentyabr 2020 16:17
Tibb işçiləri üçün COVID-19-la bağlı beynəlxalq təcrübəyə əsaslanan video formatında təlim proqramı
24 Avqust 2020 17:34
ÜST tibb müəssisələri üçün növbəti vebinar keçirəcək
04 Avqust 2020 16:48