19 Noyabr 2019 14:12
Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə həftəsi çərçivəsində Gəncədə dəyirmi masa keçirilib
19 noyabr 2019-cu il tarixində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) birgə təşkilatçılığı ilə Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə həftəsi çərçivəsində Gəncə şəhərində dəyirmi masa keçirilib. Tədbirin keçirilməsində məqsəd maraqlı tərəfləri bir araya toplayaraq sözügedən mövzu ətrafında müzakirələr aparmaq və əhali arasında maarifləndirmənin səviyyəsini artırmaq üçün səmərəli həll yollarını müəyyənləşdirmək olub.
Tədbirdə ÜST, Səhiyyə Nazirliyi, Agentliyin və pilot tibb müəssisələrinin məsul əməkdaşları iştirak ediblər. ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı açılış nitqi ilə çıxış edərək bu həftənin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Təşkilatın mütəxəssisi Dr. Cəvahir Süleymanova dünyada antibiotiklərə davamlılıqla bağlı vəziyyət, Səhiyyə Nazirliyinin nümayəndələri Nəzifə Mürsəlova və Həqiqət Qədirova Azərbaycanda antibiotiklərə qarşı davamlılıq, onların təsiri ilə bağlı təqdimatlar ediblər.
Agentliyin məsul əməkdaşı Şərafət İsmayılova antibiotiklərdən istifadə üzrə nəzarət mexanizmləri, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi İnarə Makayeva isə ölkədə ÜST-nin dəstəyi ilə bu sahədə aparılan maarifləndirmə işlərindən danışıblar.
Qeyd edək ki, sözügedən həftə çərçivəsində tibb işçilərinin maarifləndirilməsi üçün Mingəçevir şəhərində də təlimlərin keçirilməsi planlaşdırılıb. Əhali arasında antibiotiklərlə bağlı məlumatlılığın səviyyəsini öyrənmək üçün isə Bakı və Sumqayıtda sorğuların keçirilməsi nəzərdə tutulub.
Hər il noyabr ayında keçirilən Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə həftəsinin məqsədi qlobal maarifləndirmənin səviyyəsini artırmaq, antibiotiklərdən düzgün istifadəni təbliğ etmək, əhali və tibb işçiləri ilə ən yaxşı təcrübələri bölüşərək antibiotiklərə qarşı davamlılığın qarşısını almaqdır.
Antibiotiklər həmişə müasir tibbin əsas təməli hesab olunurlar. Lakin insan və heyvanlarda antibiotiklərdən həddindən artıq və qeyri-düzgün istifadə antibiotiklərə qarşı davamlılığın yaranmasını sürətləndirir. Antibiotiklərə qarşı davamlılıq mikroblarda müalicə üçün istifadə olunan tibbi preparatlara qarşı müqavimətin yaranmasına gətirib çıxarır.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49