12 May 2023 14:38
ÜST tərəfindən yerli səhiyyə qurumları ilə əməkdaşlıqda Şamaxı rayonunda ilkin səhiyyə xidmətləri üzrə görülmüş işlərə baxış keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Dr. Hande Harmancı ilkin səhiyyə xidməti ilə bağlı görülmüş işlərlə tanışlıq və bu sahədə ÜST-nin ölkənin səhiyyə qurumları ilə gələcək əməkdaşlığına dair müzakirələrin aparılması məqsədilə Şamaxı rayonuna səfər ediblər.
Səfər zamanı ÜST-nin Şamaxı Təlim Mərkəzi, Şamaxı Ailə Sağlamlıq Mərkəzi (ASM) və Quşçu kəndində yerləşən ASM-də görüşlər keçirilib. Həmçinin ÜST-nin layihəsi çərçivəsində rayona gətirilmiş mobil klinikaların fəaliyyəti ilə tanışlıq olub. Görüşlərdə ÜST-nin ekspertləri və yerli səhiyyə işçiləri rayondakı ilkin səhiyyə xidməti sahəsindəki təcrübələrini paylaşıb və bu sahənin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.
Səfərin yekununda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun da iştirakı ilə ölkənin səhiyyə qurumları və ÜST arasında Şamaxı və digər yerlərdə ilkin səhiyyə xidmətinin gücləndirilməsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, ÜST Şamaxı rayonunda “İlkin Səhiyyə Xidməti üzrə Nümayiş” layihəsi, həmçinin Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbələrinin iştirakı ilə Şamaxı Təqaüd Proqramı və digər tədbirlər həyata keçirib. Bu layihənin, eləcə də tədbirlərin məqsədi Şamaxıda əlçatan, keyfiyyətli və hərtərəfli ilkin səhiyyə xidməti modeli işləyib hazırlamaq, tibb işçilərinin bilik-bacarıqlarını artırmaq, həmçinin ilkin səhiyyə xidməti üzrə kadr potensialını gücləndirməkdir.
ÜST-nin Ölkə Ofisi son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi və universal tibbi təminata nail olunması məqsədi ilə həyata keçirilən islahatları dəstəkləmək üçün yerli səhiyyə tərəfdaşlarıyla sıx əməkdaşlıq edir. Bu baxımdan ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək ÜST-nin Azərbaycandakı prioritetlərindən biridir.
Xəbərlər
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07