28 May 2020 12:30
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib
Xəzər Siyasət Mərkəzi, Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistan səfirliklərinin dəstəyi ilə sözügedən ölkələrin ictimai səhiyyə nümayəndələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə Trans-Xəzər Forumu çərçivəsində “Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd koronavirus pandemiyası ilə mübarizədə ölkələrin əldə etdikləri təcrübəni bölüşmək, qlobal iqtisadi fəaliyyətin və tələbin kəskin düşməsi nəticəsində yaranmış fəsadlardan planlı çıxışı və milli yanaşmaları müzakirə etmək olub.
Konfransda Azərbaycan tərəfdən Səhiyyə nazirinin müavini Viktor Qasımov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev iştirak edib.
Konfransı moderator qismində idarəedən ABŞ-ın keçmiş səfiri, Səhiyyə və İnsan Xidmətləri Departamentində qlobal işlər üzrə katib köməkçisi vəzifəsini icra edən Cimmi Kolker bildirib ki, konfransın əsas mövzusu koronavirus pandemiyasının əhalinin sağlamlığına və region ölkələrinin səhiyyə siyasətinə etdiyi təsirləri və pandemiya ilə mübarizədə əldə olunan təcrübələri bölüşmək, regional və daha geniş beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün imkanları müəyyənləşdirməkdir.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev öz növbəsində Xəzər regionunda COVID-19-u müzakirə etmək üçün onlayn konfransın təşkilinə görə Xəzər Siyasət Mərkəzinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Azərbaycan pandemiya ilə mübarizədə ilk gündən etibarən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görür: “Pandemiya zamanı bizim üçün prioritet məsələ insan sağlamlığı və sosial təminatın qorunmasıdır. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkəmizdə 24 mart tarixindən xüsusi karantin rejimi tətbiq olunur”. O qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq və görülən tədbirlərə maddi yardım göstərməkdir.
Z.Əliyev Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən çox xəstəxananın ayrıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Bundan əlavə, hər birində 200 çarpayılıq 10 müasir modul tipli xəstəxananın tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün lazım olan tibbi ləvazimatlar alınaraq xəstəxanaların təchizatı gücləndirilib”.
Çıxışının sonunda İdarə Heyətinin sədri koronavirusa qarşı cavab tədbirləri üzrə Azərbaycanın öz təcrübəsini Trans-Xəzər Forumunun digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə birlikdə işləməyə hazır olduğunu vurğulayıb.
Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.
Xəbərlər
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00
Vətəndaşlara özəl tibb müəssisələrini elektron qaydada seçmək imkanı verilib
05 Mart 2024 15:55
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
23 Fevral 2024 17:00
İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
23 Fevral 2024 14:57
“1542” Çağrı mərkəzinə daxil olan zənglərin 93%-dən çoxu cavablandırılıb
22 Fevral 2024 14:34
Böyrək daşlarının kəsiksiz xaric edilməsi icbari tibbi sığortaya daxildir
20 Fevral 2024 10:45
Agentlik Kommunikasiya Strategiyasını uğurla icra edib
14 Fevral 2024 14:44
Ötən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 11 771 vətəndaş müraciəti daxil olub
09 Fevral 2024 11:17