29 İyul 2021 12:38

“Yeni Klinika”da canlı növbə əsasında peyvəndləmə davam edir

"COVID 19" əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə  Yeni Klinika tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.

Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir.

Peyvənd məntəqəsi həftə içi 5 gün, 9:00-dan 16:00-a kimi fəaliyyət göstərir. 

Ünvan : Yeni klinika (Heydər Əliyev pr.142, Bakı)