30 Dekabr 2020 13:34
Zaur Əliyev “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub
Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Qeyd edək ki, Zaur Əliyevin rəhbərlik etdiyi Agentlik tərəfindən İkinci Qarabağ müharibəsi dövründə cəbhə bölgəsindəki tibb müəssisələri operativ şəkildə tam hazır vəziyyətə gətirilmişdir. Tibb müəssisələri bütün lazımi tibbi avadanlıq, tibbi sərf və dərman preparatları ilə təmin edilmişdir. Tibb müəssisələrində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində zərərçəkmiş mülki əhali və hərbi qulluqçulara vaxtında lazımi tibbi xidmətlər göstərilmişdir. Yüksəkixtisaslı həkimlər zərərçəkmişlərin müalicə və müayinəsi məqsədilə cəbhə bölgəsindəki tibb müəssisələrinə ezam olunmuşlar.
Məlumat üçün bildirək ki, sözügedən medal ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49