07 Aprel 2022 15:52

Zaur Əliyev Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

07 aprel tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi haqqında səfirə ətraflı məlumat verib. Qeyd olunub ki, səhiyyə sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da artırılmasına xidmət edir.

Görüşdə Özbəkistanda icbari tibbi sığortanın təkmilləşdirilməsində ölkəmizin icbari tibbi sığorta və səhiyyənin rəqəmsallaşdırılması sahəsində əldə etdiyi təcrübənin tətbiqi imkanları müzakirə olunub. Həmçinin iki ölkənin həkim-cərrahlarının endoskopik, laparoskopik və torakoskopik sahələrində təcrübə mübadiləsi üçün mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Zəng sifariş et