Loading...
Filial müdiri vakansiyası üzrə işçi axtarılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial müdiri vəzifəsinə vakant yer elan edir.

Vəzifə öhdəlikləri:

  • Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının Mərkəzi Xəstəxanalarında sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
  • Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
  • Tibbi xidmətlərin satınalınması ilə bağlı Agentliyə müvafiq təkliflərin verilməsi;
  • Region üçün səhiyyə xərclərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq hesabat və məlumatların hazırlanması və Agentliyə təqdim edilməsi;
  • Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
  • Region üçün illik büdcənin formalaşdırılması məqsədilə müvafiq təkliflərin Agentliyə təqdim edilməsi;
  • Tibb müəssisələrində işlərin avtomatlaşdırılması sahəsində metodiki köməkliyin göstərilməsi və bu sahədə Agentliyin aparatı ilə sıx əməkdaşlıq;
  • Görülmüş işlər barədə yarımillik və illik hesabatların Agentliyə təqdim edilməsi;
  • Tibbi statistik məlumatların işlənilməsinin təmin edilməsi, bununla əlaqədar müvafiq araşdırma və təhlillərin aparılması və prosesə nəzarət ;
  • Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
  • Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
  • Vətəndaşların ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarətin həyata keçirilməsi;
  • Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
  • Filialın səmərəli işinin təmin edilməsi;
  • Agentliyin İdarə Heyəti ilə effektiv kommunikasiya və iş strategiyasının qurulması;
  • Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi.

Vəzifə üçün tələblər:

  • Ali tibb təhsili;
  • 5 ildən az olmayaraq inzibati sahədə əmək stajı (tibb müəssisələrinin idarəedilməsi sahəsində iş təcrübəsi arzuolunandır);
  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
  • İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
  • Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
  • İngilis və rus dilləri üzrə normal səviyyədə danışıq və yazı bacarıqları;
  • Ofis proqramları üzrə biliklər.

Maraqlanan namizədlər müraciət edilən vəzifənin adını qeyd etməklə CV-lərini 15.07.2018-ci iltarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 310-07-70.

Qeyd: Yalnız müraciət edilən vəzifənin adını qeyd etmiş və müvafiq meyarlar üzrə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri