İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Strateji satınalma şöbəsinə analitik vəzifəsi üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
İqtisadi, maliyyə, riyazi, analitik və ya statistik sahələrdə bakalavr dərəcəsi;
Uyğun sahələrdə minimum 1 illik peşəkar təcrübə;
Yüksək analitik düşüncə bacarığı, təhlil və təqdimat qabiliyyəti;
Yüksək səviyyədə ofis proqramlarında işləmə, xüsusən MS Excel, Power BI bacarıqları;
Xarici dil biliyi (xüsusilə ingilis dili) arzuolunandır;
Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.
Görəcəyiniz işlər:
Əsas təşviqat kanalları üzrə məlumatların toplanması, emalı və təhlili;
Tibbi xidmətlərin çeşidinin təhlili;
Satış planlarının hesablanması, xidmətlərin regionlar üzrə təmsil olunmasının təhlili, satış dinamikası və bölgü göstəricilərinə təsir göstərən göstəricilər;
Bazar tutumunun hesablamalarının aparılması, bazarın inkişafı üzrə proqnozların verilməsi;
Maliyyə qoyuluşlarının təhlili;
Hesabatların hazırlanması və təqdim edilməsi;
Klinikaların xidmət çeşidinin effektivliyinin təhlili;
Satışın effektivliyinin qiymətləndirilməsi;
Satışın səviyyəsinin dəyişmə dinamikası üzrə proqnozların hazırlanması;
Satış şöbəsi üzrə planların hazırlanması;
Planların icrasının təhlili (planın/fakt analitikasının hazırlanması);
Dövri olaraq analitik hesabatların hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 30.07.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.