Yerləşdirilmə tarixi: 12.06.2024
Son müraciət tarixi: 19.06.2024
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göndərişlər şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali tibbi təhsil;
- Səhiyyə sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- Xidmətlər Zərfi və TƏB-lər haqqında məlumatlı olmaq;
- Ofis proqramları üzrə biliklər;
- Vaxtın idarəedilməsi bacarığı;
- Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
- Dövlət və özəl tibb müəssisələrində icra olunan tibbi xidmətlərdən məlumatlı olmaq və şöbənin digər əməkdaşlarını bu haqda müvafiq qaydada məlumatlandırmaq;
- Müqaviləli özəl tibb müəssisələrinin siyahısı və məsul şəxslərinin əlaqə nömrələrindən məlumatlı olmaq və şöbənin digər əməkdaşlarını bu haqda müvafiq qaydada məlumatlandırmaq;
- Müqaviləli özəl tibb müəssisələrinə verilən göndərişlərə e-tabib sistemi vasitəsilə nəzarət etmək;
- Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara nəzarət etmək və cavablandırmaq, göndərişlərlə bağlı müvafiq məlumatlar vermək;
- Daxil edilmiş göndərişə imtina verildiyi təqdirdə sistemdə imtinanın səbəbini qeyd edərək xəstəxanaya izah etmək.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 19.06.2024-cü il;
- CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 İyul 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 İyun 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 İyun 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 İyun 2024 14:34
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27
Agentlik Layihələrin idarəolunması şöbəsinin vakansiyası elan edir
03 May 2024 17:02