31 Yanvar 2022 17:02
Agentlik, TƏBİB və Dünya Bankı arasında görüş keçirilib
31 yanvar 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Dünya Bankının rəhbər nümayəndələrinin iştirakı ilə işçi görüş keçirilib.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Dünya Bankını isə əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı və Dünya Bankının müvafiq sahələr üzrə ekspertləri təmsil ediblər.
“Elektron Səhiyyə və Tibbi İddiaların İdarə edilməsi Sisteminin İnkişafı” üzrə texniki yardım layihəsi çərçivəsində keçirilən görüşdə tibbi iddiaların idarə edilməsi və əlaqədar sahələrin qiymətləndirilməsinin əsas nəticələri, 2022-2026-cı illər üzrə Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparılıb.
Yaponiyanın “İqtisadi və Sosial İnkişaf Proqramı”nın dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində Dünya Bankının ekspertlərinin texniki vəziyyətin və infrastruktur potensialın qiymətləndirilməsi məqsədilə seçilmiş səhiyyə müəssisələrinə səfərləri planlaşdırılıb. Habelə iki illik layihənin sonunda sözügedən istiqamətlər üzrə Səhiyyə Nazirliyi, Agentlik, TƏBİB-ə beynəlxalq təcrübənin tətbiq olunması və yol xəritəsinin təqdim olunması nəzərdə tutulub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49