27 İyun 2019 16:07
Agentliyin nümayəndə heyəti Cənubi Koreyada səfərdədir
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Agentliyin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu Cənubi Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə işgüzar səfərdədirlər. Səfər çərçivəsində görüşlər 23-27 iyun tarixlərində keçirilib.
Azərbaycan nümayəndə heyətini Cənubi Koreya Milli Assambleyasının sədri Mun Hi-sanq qəbul edib. Sədr Cənubi Koreyada icbari tibbi sığortanın tətbiqi təcrübəsi, sistem çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlər, xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində Respublikada mövcud qanunvericilik bazası haqqında məlumat verərək, Azərbaycanla mümkün əməkdaşlıq istiqamətləri haqqında danışıb.
İki ölkə arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Ə.Əmiraslanov ölkəmizdə səhiyyə sistemi ilə bağlı aparılan islahatlar barədə məlumat verib. O bildirib ki, gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə mövcud qanunvericilik təkmilləşdirilir.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev ölkə üzrə icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlər, pilot layihə çərçivəsində əldə olunan təcrübə və müsbət nəticələr barədə məlumat verib. O bildirib ki, pilot layihənin iki illik nəticələrinə görə ölkəmiz icbari tibbi sığortanın tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara malikdir.
Səfər çərçivəsində nümayəndə heyətinin Koreyanın Səhiyyə və Rifah naziri Park Neunqhu, Tibbi Sığortaya Baxış və Qiymətləndirilmə Xidmətinin prezidenti Kim Singtek, Koreya Əczaçılıq və Bio-əczaçılıq İstehsalçıları Assosiasiyasının (KPBMA) sədri Von Hi-Mok və Milli Tibbi Sığorta Xidmətinin prezidenti Kim Yong-Ik ilə bir sıra görüşləri baş tutub. Görüşlərdə heyət Koreyanın tibbi sığorta sistemi, sistemin ümumi təşkili, tibbi xidmətlərin göstərilməsi, tibbi sığorta sahəsində informasiya texnologiyalarının tətbiqi və mövcud monitorinq mexanizmləri ilə tanış olublar.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49