27 May 2024 10:30
Appendiksin çıxarılması icbari tibbi sığorta təminatına daxildir
İcbari tibbi sığorta hesabına qarın boşluğunda aparılan cərrahi əməliyyatlardan biri appendiksin çıxarılması – appendektomiya cərrahi əməliyyatıdır. 2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 17 671 appendektomiya icra olunub.
Kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı appendisit adlanır. Appendisit kəskin gedişli cərrahi xəstəlikdir. Xəstəlik inkişaf etdikcə soxulcanabənzər çıxıntının mənfəzində iltihabi mayenin toplanması, qan təchizatının pozulması baş verir ki, bu da çıxıntının deşilməsinə (perforasiya) gətirib çıxarır.
Xəstəliyin ağırlaşması hətta ölümə səbəb ola bilər. Ciddi fəsadların qarşısını almaq üçün vaxtında diaqnozun qoyulması və cərrahi əməliyyatın aparılması vacibdir.
Bu xəstəliyin klinik əlamətləri uşaqlarda və yaşlılarda fərqli olsa da, əsas xarakterik əlamətlərinə qarında başlayan ağrının tədricən sağ qalça çuxurunda cəmləşməsidir. Sağ qalça nahiyəsində həmin hissəyə əllə azca basdıqda ağrı şiddətlənərək dözülməz səviyyəyə çatır. Əksər hallarda xəstələrin digər şikayətləri iştahsızlıq, ürəkbulanma, qusma və yüksək hərarətdən olur. Bəzi hallarda xəstəliyin kliniki gedişi simptomsuz olur ki, belə hallar müxtəlif ağırlaşmalarla müşayiət olunur.
Appendektomiya cərrahi əməliyyatı həkim-ümumi cərrah tərəfindən laborator və instrumental müayinələrin nəticələri əsasında açıq və ya laparoskopik üsulla aparılır. Hər iki üsul icbari tibbi sığorta ilə qarşılanır.
Xəstəliyin laborator diaqnostikasında qanın ümumi analizi, sidiyin ümumi analizi, C-reaktiv protein (CRP) və göstərişə görə digər analizlər aparıla bilər. İnstrumental müayinələrdən isə tibbi göstərişə əsasən qarın boşluğunun USM, KT, MRT müayinəsi və rentgenoqrafiyası təyin oluna bilər.
Əməliyyatönü müayinə və həkim konsultasiyası, reanimasiya, anesteziya, stasionar şəraitdə laborator və instrumental müayinələr, manipulyasiyalar, istifadə olunan dərman və tibbi sərf, pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Bu əməliyyat icbari tibbi sığorta ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda icra olunur.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49