17 Yanvar 2017 16:05
Baş nazirin müavini Əli Əhmədov Yevlax rayonuna və Mingəçevir şəhərinə səfər edib
Yanvarın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə bağlı Yevlax rayonuna və Mingəçevir şəhərinə səfər edib.
Baş nazirin müavini Əli Əhmədov Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının mövcud infrastrukturu, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni alınan tibbi avadanlıqlar ilə tanış olub, Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibb personalı ilə görüşüb.
Baş nazirin müavini Əli Əhmədov çıxışında bildirib ki, Yevlax və Mingəçevirin pilot ərazilər olaraq seçilməsi təsadüfi deyil. Belə ki, hər iki ərazidə Prezidentin tapşırığına əsasən, həyata keçirilən tədbirlər nəticəsində səhiyyə infrastrukturu xeyli dərəcədə yaxşılaşdırılıb, yeni xəstəxanalar tikilib, lazımi infrastruktur işləri həyata keçirilib. İndi isə qarşımızda duran məqsəd icbari tibbi sığortanın tətbiq olunmasıdır.
Baş nazirin müavini bildirib ki, Yevlax və Mingəçevirdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələrin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, müvafiq qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilib.
Ə.Əhmədov qeyd edib ki, bütün dünyada səhiyyə sistemi icbari tibbi sığorta əsasında maliyyələşdirilir. Bu, səhiyyənin maliyyələşməsinin yeni, müasir formasıdır. Bunu həyata keçirməkdə məqsəd əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqdır.
Baş nazir müavini dövlətin səhiyyəyə ayırdığı vəsaitlərdən səmərəli istifadə edilməsində icbari tibbi sığortanın əhəmiyyətini vurğulayaraq, dövlət tərəfindən səhiyyənin maliyyələşməsi üçün əhəmiyyətli vəsait ayrıldığını, səhiyyənin maliyyələşməsinin yeni formasını tətbiq etməklə bu vəsaitlərin daha səmərəli istifadə olunmasının və ayrılan vəsaitlə vətəndaşlara daha yüksək səhiyyə xidmətlərinin göstərilməsinin əsas hədəflərdən biri olduğunu bildirmişdir.
Tədbirlərdə Agentliyin direktoru Zaur Əliyevin 2017-ci ildə pilot ərazilərdə görüləcək işlər barədə məlumatları dinlənilmişdir. Z.Əliyev qurumun tabeliyinə verilən tibb müəssisələrinin maliyyələşdirilməsi, inventarizasiyası və kadr məsələlərinin tənzimlənməsinin həyata keçirilməsi, sözügedən ərazilərin tibb müəssisələri şəbəkəsinin və mövcud resurslarının optimallaşdırılması, əhalinin icbari tibbi sığorta ilə əhatə olunması, tibb müəssisələrinin idarəçiliyinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması istiqamətində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfər Proqramı çərçivəsində keçirilən görüşlərdə Baş nazirin müavini Əli Əhmədov pilot layihənin tətbiqinin uğurla həyata keçirilməsi üçün bütün lazımi addımların atılacağını qeyd etmiş,yerli icra orqanlarına və digər aidiyyatı qurumlara bu işlərə dəstəyinin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini bildirmişdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49