10 Fevral 2017 11:54
Bu həftə ərzində pilot ərazilərin 3 sakininə həyati vacib, dəyəri yüksək olan əməliyyat edilib
Pilot rayonlarda icbari tibbi sığortanın tətbiqi uğurla davam edir. Bu həftə ərzində pilot ərazilərin 3 sakini əməliyyat olunub.
Döş qəfəsində ağrı və təngənəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstənin bir dəfə miokard infarktı keçirdiyi, ürəyin atım fraksiyasının kritik səviyyədə aşağı olması onun təcili aorta koronar şuntlama əməliyyatına (açıq ürək əməliyyatı) göstəriş olmuşdur və əməliyyat uğurla həyata keçirilmişdir. Hazırda xəstənin vəziyyəti stabildir, stasionarda müalicəsi davam edir.
Prezident İlham Əliyevin Fərmanına əsasən, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxs kimi Vahid Əliyev icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edib.
Qeyd edək ki, bu, pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bu həftə ərzində edilən 3-cü həyati vacib, dəyəri yüksək olan əməliyyat təminatıdır. Digər iki əməliyyat - invaziv yolla ürək damarlarının angioplastikası və invaziv yolla periferik damarların angioplastika əməliyyatları da uğurla icra olunmuşdur.
Agentliyin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov xəstəni ziyarət edib, səhhəti ilə maraqlanıb.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49