23 Noyabr 2021 16:21
Dövlət tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri üçün təlim keçirilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının (BMT) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki və maliyyə dəstəyi ilə TƏBİB-in nəzdindəki dövlət tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri üçün 22-23 noyabr 2021-ci il tarixlərində təlim keçirilib.
Təlimlərin keçirilməsində məqsəd tibb müəssisələrinin KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması və təkmilləşdirilməsi üçün ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Təlimin açılışında çıxış edən Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev bildirib ki, COVID-19 pandemiyasının ortaya çıxması, bütün bəşəriyyəti təhdid altına alması müasir dövrdə səhiyyənin əhəmiyyətini və əhalinin sağlamlığının qorunmasını prioritet məsələyə çevirib: “Pandemiya dövründə informasiyanın daha düzgün çatdırılmasında medianın və səhiyyə müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin rolu əhəmiyyətli dərəcədə artmışdır, onların üzərinə daha mühüm və məsuliyyətli vəzifələrin icrası düşmüşdür”.
Tədbirdə həmçinin çıxış edən BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin ictimai səhiyyə və tibb təhsili üzrə eksperti Halil İbrahim Durak və Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsinin rəhbəri Tural Qulu iştirakçıları salamlayaraq onları təlimdə fəal iştirak etməyə çağırıb. Tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis ştatının yaranmasının əhəmiyyətindən danışan çıxışçılar bildirdilər ki, səhiyyə ilə bağlı cəmiyyətə məlumatların vaxtında və dolğun çatdırılması dezinformasiyanın qarşısının alınması baxımından önəmli addımdır. Bu mənada təlim iştirakçılarının üzərinə önəmli iş düşür. Əlavə olundu ki, təlimdə müxtəlif tibb müəssisələrində yeni işə başlayan mütəxəssislərin bir araya gəlməsi onların biri-biri ilə əyani tanış olması, gələcəkdə şəbəkələşməsi, bilik və təcrübələrini öz aralarında bölüşməsi üçün gözəl fürsətdir.
Tədbirdə Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən 65 tibb müəssisəsinin 74-dən çox əməkdaşı iştirak edib. Onlara ictimai məlumatlandırma, media sorğularının cavablandırılması, ictimaiyyətlə əlaqələrin idarə edilməsi və hesabatlılıq, KİV və informasiya sahəsində qanunvericilik, COVID -19 pandemiyası dövründə media ilə əməkdaşlıq və s. mövzular tədris edilib.
Təlimçi qismində ÜST-nin Azərbaycandakı nümayəndəliyinin risk kommunikasiyası üzrə mütəxəssisi Fənarə Bünyadzadə, Agentliyin ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Aynurə Əhmədova və eyni departamentin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamə Musayeva, TƏBİB-in ictimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva, ADA Universiteti İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi Şəfəq Mehrəliyeva və media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli iştirak ediblər.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin strukturunun icbari tibbi sığorta sisteminə uyğunlaşdırılması, habelə onların fəaliyyətinin səmərəliliyinin artırılması üçün kadr potensialının gücləndirilməsi ilə əlaqədar həyata keçirilən islahatlar çərçivəsində sözügedən tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə müvafiq struktur bölmə (İctimaiyyətlə əlaqələr bölməsi) və ya ştat vahidi (ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis) yaradılıb.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49