05 İyul 2017 15:10
Dünya Bankının Azərbaycan nümayəndəliyi pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə tanış olub
İyulun 5-də Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi icbari tibbi sığortanın tətbiqi ilə tanış olmaq məqsədilə pilot ərazilərdəki tibb müəssisələrində - Yevlax rayon Mərkəzi Xəstəxanasında, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və Yevlax rayonu Xaldan Ailə Sağlamlıq Mərkəzində olub.
Dünya Bankının nümayəndələrinə pilot tibb müəssisələrində görülən işlər haqqında geniş məlumat verilib. Bildirilib ki, Yevlax rayonunda və Mingəçevir şəhərində Ailə Sağlamlıq Mərkəzləri yaradılıb. Mərkəzi Xəstəxanaların nəzdində xəstələri operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sistemi qurulub. Nümayəndələr 24 saat ərzində xidmət göstərən laboratoriyaların təkmilləşdirilmiş fəaliyyət prosesi ilə tanış olublar. Laboratoriyalarda quraşdırılan müasir tibbi avadanlıqlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizlərini də həyata keçirməyə imkan verir.
Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi icbari tibbi sığorta sisteminin səhiyyə xidmətlərinin əlçatanlığının və keyfiyyətinin təmin edilməsinin əsas elementi olduğunu və onun bütün Azərbaycan vətəndaşları üçün vacib olmasını diqqətə çatdırıb. O bildirib ki, Dünya Bankı səhiyyə sisteminin müxtəlif maliyyələşdirmə imkanlarının tədqiq olunmasında Agentliklə sıx əməkdaşlıq etmişdir və bu əməkdaşlığı davam etdirməyi planlaşdırır. Navid Naqvi Yevlax və Mingəçevirdə pilot layihələrin icrasının Azərbaycanda icbari tibbi sığortanın tətbiqi prosesinin təkmilləşməsinə və onun daha geniş miqyasda tətbiq olunmasına təkan verəcəyinə umidvar olduğunu qeyd edib.
Onu da qeyd edək ki, Dünya Bankı Azərbaycan və digər postsovet ölkələri ilə səhiyyə sistemlərinin yenidənqurulması məqsədilə sıx əməkdaşlıq edib. Bu ölkələrdə səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, bazar iqtisadiyyatına uyğunlaşdırılmış səhiyyə iqtisadiyyatının əsasının qoyulmasında və tibbi xidmətlərin keyfiyyətinə nəzarət sistemlərinin qurulmasında yardımçı olub. Eyni zamanda Dünya Bankı bir çox ölkələrdə İTS sisteminin qurulması üçün texniki dəstək göstərir.
Agentliyin direktoru Zaur Əliyev mətbuata açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyət planının hazırlanmasına dəstək məqsədilə Dünya Bankı Azərbaycana ekspertlər dəvət edib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi zamanı beynəlxalq təcrübənin öyrənilməsi üçün gələcəkdə də Dünya Bankı ilə sıx əməkdaşlıq edilməsi nəzərdə tutulub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49