29 İyul 2024 12:03
Gəncə şəhərində uşaqlar tibbi müayinədən keçib
26-27 iyul tarixlərində Gəncə Şəhər Birləşmiş Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində 18 yaşadək uşaqlar arasında tibbi müayinə keçirilib.
İki gün ərzində böyük əksəriyyəti Gəncə şəhərindən olmaqla Samux və Göygöl rayonlarından olan 550 uşaq müayinə olunub. Müayinələr Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Respublika Pediatriya Mərkəzi, Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Liv Bona Dea Hospitalda pediatr, radioloq, uşaq cərrahı ixtisasları üzrə çalışan həkimlər tərəfindən aparılıb.
Şikayətlər əsasən fiziki inkişafdan geri qalma, vitamin çatışmazlığı, sidik-cinsiyyət orqanlarının anomaliyaları, döş qəfəsin deformasiyası, revmatoloji və nevroloji xəstəliklərlə bağlı olub.
Fiziki müayinələrdən sonra tibbi göstəriş olan xəstələrdə qanın ümumi analizi, ultrasəs və rentgenoloji müayinələr aparılıb. Müayinələr nəticəsində 7 uşağa qasıq yırtığı, cinsiyyət orqanın burulması (penil torsiyon), kriptorxizm (enməmiş xaya), hidronefroz (böyrək genişlənməsi), meatal stenoz (sidik kanalının xaricə açılan çıxışının daralması) diaqnozu qoyularaq əməliyyat təyin olunub. Astma əlamətləri olan bir neçə uşaq müayinə və müalicə üçün Bakı şəhərində yerləşən ixtisaslaşmış xəstəxanaya yönləndirilib.
Bundan başqa, medikamentoz müalicəyə ehtiyacı olan uşaqlara reseptlər yazılıb. Valideynlərə uşaqların sağlam inkişafı üçün vacib olan məsləhətlər verilib, immunoprofilaktika tədbirlərinin xəstəliklərin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyəti izah olunub.
Tibbi müayinənin keçirilməsində əsas məqsəd uşaqların sağlamlığını qorumaq, fiziki inkişafını təmin etmək və sağlamlıqla bağlı problemlərini ilkin mərhələdə aşkar edərək əlillikdən, xəstəliklərdən mühafizə etməkdir.
Qeyd edək ki, tibbi müayinələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında icra olunan “Uşaqların tibbi müayinəsinə dəstək” layihəsi çərçivəsində, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının maliyyə dəstəyi ilə keçirilib.
Məlumat üçün bildirək ki, müayinədə iştirak edən həkimlərdən üçü Agentlik tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2023-2024-cü illər üçün Proqram” çərçivəsində Gəncə ŞBX, Mingəçevir ŞMX və Şəmkir RMX- da çalışır.
Xəbərlər
İcbari tibbi sığorta şişönü xəstəliklərin erkən diaqnostikasını qarşılayır
12 Avqust 2024 09:34
Agentliyin “1542” Çağrı mərkəzi 95%-dən çox zəng cavablandırıb
07 Avqust 2024 14:37
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 165-ə çatdırılıb
30 İyul 2024 11:19
Din xadimləri icbari tibbi sığorta barədə maarifləndirmə kampaniyasında iştirak edirlər
26 İyul 2024 15:34
Abortun aparılması icbari tibbi sığorta təminatına daxildir
24 İyul 2024 10:10
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edib
18 İyul 2024 15:00
İcbari tibbi sığorta ilə prostat vəzin adenomasının əməliyyatı kəsiksiz aparılır
18 İyul 2024 11:26
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11