10 Avqust 2018 10:49
Həkimlər arasında icbari tibbi sığortanın tətbiqindən məmnunluq yüksək səviyyədədir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) pilot tibb müəssisələrində - Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışan həkimlər arasında keçirilmiş “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sisteminin tətbiqinə münasibətinin öyrənilməsinə dair sorğunun” nəticələri əsasında hazırlanan hesabatları ictimaiyyətə təqdim edib. Sorğularda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından (Mingəçevir ŞMX) 190, Yevlax rayon Mərkəzi Xəstəxanasından (Yevlax RMX) 123 həkim iştirak edib.
Hesabatda göstərilir ki, 2016-cı ildə Mingəçevir ŞMX-da çalışan həkimlərin 85.3%-i, Yevlax RMX-da isə 82.1%-i 105-300 manat həcmində aylıq məvacib alıb. 2017-сi ildən etibarən icbari tibbi sığortanın (İTS) tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-da fəaliyyət göstərən həkimlərin əmək haqlarına 2 növdən ibarət əlavələrin ödənilməsinə başlanılıb. Bunun nəticəsində Mingəçevir ŞMX-da çalışan həkimlərin 53.1%-nin, Yevlax RMX-da isə 62%-nin aylıq məvacibi 341-540 manat olub. 541 manatdan çox aylıq məvacib alan həkimlərin Mingəçevir ŞMX üzrə göstəricisi 36.9%, Yevlax RMX üzrə 28% təşkil edib. Aldıqları məvacibdən məmnunluq səviyyəsinə gəldikdə Mingəçevir ŞMX üzrə bu göstərici 58.4%, Yevlax RMX üzrə isə 56% qeydə alınıb.
Sorğuların nəticələrindən məlum olmuşdur ki, Mingəçevir ŞMX-da aparılmış islahatlardan həkimlərin 77.3%-i, Yevlax RMX-da aparılmış islahatlardan 82%-i, tibb müəssisəsinin dərman vasitələri ilə təminatından Mingəçevir ŞMX-da 76.4%-i, Yevlax RMX-da 63%-i, tibbi avadanlıqlarla təchizatdan Mingəçevir ŞMX-da 75.8%-i, Yevlax RMX-da isə 61%-i razıdır.
Mingəçevir ŞMX və Yevlax RMX-da çalışan həkimlərin əksəriyyəti İTS-nin tətbiqinin onların çalışdıqları tibb müəssisəsinə müsbət təsir etdiyini bildirib. Onlar əmək haqlarının artırılmasını, tibb müəssisələrinin müvafiq tibbi avadanlıqlarla, dərman vasitələri ilə təchizatının və iş şəraitinin yaxşılaşmasını, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsini, onlara əlçatanlığın artmasını və pasiyentlərin məmnunluğunun artmasını müsbət qiymətləndiriblər.
Tibb müəssisələrində işin təkmilləşdirilməsi məqsədilə verilən təkliflərə gəldikdə isə, həkimlərin əksəriyyəti bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ixtisasartırma kurslarının və təlimlərin təşkilini, İTS-nin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Agentlik həmçinin Ağdaş rayon Mərkəzi Xəstəxanasında (Ağdaş RMX) “Tibb işçilərinin işdən məmnunluğunun və icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsinə dair” keçirilən sorğunun nəticələrini ictimaiyyətə təqdim edib. Qeyd edək ki, həmin sorğu Prezidentin Ağdaş rayonu üzrə icbari tibbi sığortanın tətbiqi ilə bağlı imzaladığı Fərmandan bir ay sonra keçirilib. Bunu nəzərə alaraq Ağdaş RMX-da 96 nəfər arasında keçirilən sorğu zamanı həkimlərin əmək haqlarının müqayisəli təhlili aparılmayıb, onların işdən məmnunluğu, İTS-lə bağlı məlumatlılığı, təlimə ehtiyaclarının qiymətləndirilməsi və İTS-lə bağlı gözləntiləri müəyyən edilib.
Nəticələrdən məlum olur ki, Ağdaş RMX-da çalışan həkimlərin cəmi 17%-i aldıqları məvacibdən razıdır. Burada tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatından razı olanlar 54%, dərman vasitələri ilə təminatından razı olanlar 46.9% təşkil edir. Həkimlərin 50%-i iş şəraitini yüksək qiymətləndirib.
87.5% tibb işçisi pasiyentlə işləməkdən çox məmnundur. Tibb müəssisəsində işin daha səmərəli təşkili və tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün təlimlərin təşkilini zəruri hesab edənlər 84.4% təşkil edib. Burada çalışan həkimlərin 97.8%-i İTS-nin tətbiqinin müsbət dəyişikliklərə səbəb olacağını bildirib.
Həkimlər işin təkmilləşdirilməsi məqsədilə tibb müəssisəsinin dərman vasitələri, tibbi avadanlıqlarla təminatını, iş şəraitinin yaxşılaşdırılmasını və əmək haqlarının artırılmasını təklif ediblər.
Qeyd edək ki, sorğu 2018-ci ildə Agentlik və hər üç bölgənin Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı Şuraları ilə birgə keçirilib.
Hesabatlar ilə Agentliyin rəsmi internet saytından - its.gov.az-dan tanış ola bilərsiniz.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49