23 Fevral 2024 14:57
İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
2021-2023-cü illər ərzində eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı olunub. Əməliyyat olunanların 282-ni uşaq, 35-ni isə böyüklər təşkil edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığorta ilə aparılan koxlear implantasiya əməliyyatlarının insanların sağlamlığına müsbət təsirindən danışıb. A.Əhmədova əlavə edib ki, icbari tibbi sığorta əməliyyat olunmuş şəxslərin eşitmə qabiliyyətinin tam bərpasını təmin edərək onları ömürlük əlillikdən xilas edir.
“İcbari tibbi sığorta ilə koxlear implantasiya daha çox eşitmə azlığı və ya eşitmə itkisi ilə doğulmuş uşaqlarda icra olunub. Bu əməliyyat sayəsində insanların eşitmə qabiliyyəti, nitq qavraması yaxşılaşır, nəticədə onların ailə üzvləri, dostları ilə ünsiyyəti asanlaşır. Ətrafdakı insanlarla dialoqa girə bilmələri onlarda özgüvənliyi artırır. Bu da təbii ki, onların peşəkar imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, karyera və şəxsi həyatda uğur qazanmaları ilə nəticələnir. Bütün bunlar nəzərə alınaraq keçən ildən koxlear implantasiyaya tətbiq edilən say limiti ləğv olunub”.
Qeyd edək ki, diaqnozun təyini məqsədi ilə icbari tibbi sığorta hesabına Bera test, KT və MRT müayinələri aparılır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru və əməliyyatdan sonra cihazda səsin tənzimlənməsi, habelə reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya üçün loqoped və psixoloq xidməti vətəndaşlara icbari tibbi sığorta ilə ödənişsiz göstərilir.
Loqoped xidmətinə uşaqların eşitmə qavrayışı, nitqin, ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi, səs-tələffüz, oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlərin həyata keçirilməsi aiddir. Psixoloq xidmətinə isə uşağın mövcud olduğu mühiti, azyaşlının təfəkkürünün və qavramasının inkişafı, davranış pozğunluğunun aradan qaldırılması üzrə fəaliyyət istiqamətləri aiddir.
İcbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı göndəriş vərəqəsi əsasında Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsində icra olunur. Xidmətdən istifadə etmək üçün müvafiq müayinələrin aparılması, diaqnozun təyini və əməliyyat üçün özəl tibb müəssisəsinə göndəriş vərəqəsinin verilməsi məqsədilə ilkin olaraq TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49