01 Aprel 2024 11:56
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan “Reveos” avtomatlaşdırılmış qan emalı avadanlığı və “Spectra Optia” qan separatoru yüksək standartlara cavab verən qan komponentlərinin hazırlanmasını və pasiyentlərin keyfiyyətli qan komponentləri ilə təminatını həyata keçirəcək.
“Reveos” inkişaf etmiş ölkələrin ən qabaqcıl xəstəxanalarında bütöv qanın avtomatlaşdırılmış emalını təmin edən ən müasir tibbi avadanlıqdır. 20 dəqiqə davam edən müddətdə bütöv qandan 3 vahid qan komponenti - plazma, trombosit və eritrosit kütlələri kimi yüksək keyfiyyətli qan komponentləri tədarük olunur. Avadanlıq il ərzində 18000 vahid bütöv qandan qan komponentləri emal etmək gücünə malikdir.
Hazır qan komponentləri qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən şəxslərə, uşaqlıqdan kənar hamiləlik, doğuşa qədər, doğuş zamanı və ya sonra qanaxma ağırlaşmaları olan qadınlara, cərrahi əməliyyatlar keçirən pasiyentlərə, qan itkisi ilə müşayiət olunan kritik hallarda - yol nəqliyyat hadisələri, istehsalat travmaları, yanıqlar zamanı zərərçəkmiş şəxslərə köçürülür.
“Spectra Optia” qan separatoru terapevtik aferez, plazmafarez, leykositlərin kənarlaşdırılması, eritrositlərin dəyişimi, sümük iliyi işlənməsi kimi bir sıra prosesləri həyata keçirir.
Bu prosedur sümük iliyi transplantasiyasında qandan kök hüceyrələrinin toplanması məqsədilə tətbiq olunur. Terapevtik aferezdən həmçinin sümük iliyi transplantasiyasından sonra meydana gələn ağırlaşmaların, maddələr mübadiləsinin pozğunluğu və autoimmun xəstəliklər, leykoz, qaraciyər çatışmazlığında və bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur. Avadanlığın idarə olunması üçün minimum vaxtın tələb olunması pasiyentə daha çox vaxt ayırmağa imkan verir.
Qeyd edək ki, Almaniya istehsalı olan 2 ədəd “Reveos” və aferez üçün 4 ədəd “Spectra Optia” avadanlığı “Yeni Klinika”da quraşdırılıb.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49