15 Fevral 2017 11:01
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi illik hesabatını açıqlayıb
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin hesabatını qurumun rəsmi internet saytında (www.its.gov.az) yerləşdirib.
Bu hesabatın məqsədi icbari tibbi sığorta sahəsində ictimaiyyətin məlumatlandırılması, bu istiqamətdə mövcud yanaşmanın və icbari tibbi sığortanın tətbiqinə hazırlıq məqsədilə görülmüş işlər barədə məlumatların təqdim edilməsidir.
Hesabatda qeyd edilir ki, Azərbaycanda əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, keyfiyyətli tibbi xidmətlərin həyata keçirilməsinin stimullaşdırılması, səhiyyə sahəsində dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması istiqamətində ən mühüm tədbirlərdən biri icbari tibbi sığortanın tətbiq edilməsidir. Bu məqsədlə 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əsasnaməsinin və strukturunun tətbiq edilməsi, icbari tibbi sığortanın tətbiqi üçün hazırlıq işlərinin aparılması, baza (əsas xidmətlər) zərfinin təsdiq edilməsi və icbari tibbi sığortanın pilot qaydada tətbiqinə başlanılması icbari tibbi sığortanın ölkəmizdə tətbiqinə şərait yaradıb.
İcbari tibbi sığorta (İTS) səhiyyəyə sərf edilən vəsaitlərin səmərəli cəmləşdirilməsinə, bu sahəyə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, dövlət vəsaitlərinin səmərəli istifadə edilməsinə, əhaliyə müasir və keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsinin stimullaşdırılmasına şərait yaradır.
Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanı ilə Agentliyin əsasnaməsi və strukturu təsdiq edilib. Bu gün Fərmanın təsdiqindən bir il ötür.
Hesabatın tam mətni ilə Agentliyin rəsmi internet səhifəsindən tanış ola bilərsiniz.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49