10 Oktyabr 2017 11:56
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev: ”Türkiyədə tibbi təhsil alan gənclərin ölkəmizdə səhiyyənin inkişafına töhfə verəcəklərinə ümid bəsləyirik”
Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin və ölkəmizin Ankaradakı səfirliyinin Təhsil Müşavirliyi ilə birgə 7-8 oktyabr tarixlərində Ankara şəhərində təşkil etdiyi "Nümunəvi Həkim Olmağa Doğru 5" forumunda hər iki ölkənin dövlət strukturları, eləcə də nüfuzlu təhsil və səhiyyə qurumlarının nümayəndələri çıxış ediblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev forum iştirakçılarına Mingəçevir şəhərində və Yevlax rayonunda tətbiq olunan pilot layihə haqqında geniş məlumat verib və bildirib ki, xaricdə təhsil alıb ölkəmizə qayıdanların sayı çoxdur.
“Türkiyədə tibb elminin inkişafından bəhrələnərək öz ölkəmizə yüksək ixtisaslı kadrlar olaraq xidmət edəcəyinizə, öyrəndiklərinizlə Azərbaycanda səhiyyənin inkişafına öz töhfənizi verəcəyinizə böyük ümid bəsləyirik. Hədəfimiz odur ki, qurduğumuz sistem işləsin, həkimlərimiz nüfuz qazansın. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda səhiyyənin şəffaf maliyyələşmə sistemini yaradır. Ölkəmizdə pilot layihə kimi tətbiq olunan icbari tibbi sığorta sistemi həkimlərin layiqli əmək haqqı ilə təmin olunması üçün zəmin yaradır. Pilot ərazilərdə bonus sistemi tətbiq etmişik və tibb işçiləri layiqli əmək haqqı alır”.
Agentlik direktoru bildirib ki, ölkədəki xəstəxanalarda ən müasir şərait yaradılıb. Onun sözlərinə görə, ölkəmizdə peşəkar həkimlərə ehtiyac var: “Hazırda əhalinin müəyyən qrupu müalicə üçün xaricə üz tutur. Həmin qrupun ölkə səhiyyəsinə, həkimlərinə etibarını qaytarmaq, öz səhhətlərini Azərbaycan həkimlərinə etibar etmələrinə nail olmaq üçün sizlərin köməyinə ehtiyacımız var”.
Oktyabrın 9-da isə Türkiyə Respublikasının səhiyyə naziri Əhməd Dəmircan Azərbaycan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibində Naxçıvan MR-in səhiyyə naziri Niyazi Novruzov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Şahin Xanəlioğlu, habelə Türkiyədə təhsil almış və hazırda ölkəmizdə çalışan tanınmış həkimlər iştirak ediblər. Görüşdə Azərbaycanda və Türkiyədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49