06 Mart 2024 17:00
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Liv Bona Dea Hospitalına media-tur təşkil olunub. Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarını Agentliyin müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək, xəstəxanada ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunması barədə məlumatlandırmaq və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.
Səfər çərçivəsində iştirakçılara xəstəxanada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər barədə məlumat verilib. Hospitalda icbari tibbi sığortanın tətbiqinə 2022-ci ilin mart ayından başlanılıb. Göndəriş vasitəsilə hospitala sığorta çərçivəsində tibbi xidmət almaq üçün müraciətlər əsasən ürək-damar cərrahiyyəsi, invaziv radiologiya, kardiologiya, oftalmologiya, travmatologiya, urologiya və digər sahələr üzrə olur. Bu günə qədər xəstəxanada 2500-dən çox cərrahi əməliyyat icra olunub. Bu cərrahi əməliyyatlar sırasında travmatoloji, oftalmoloji, uroloji, invaziv kardioloji/radioloji, endoprotezləşdirmə və s. xidmətlər yer alıb.
Hospitalda ildən-ilə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunub. Belə ki, 2022-ci ildə hospitalda 1991 tibbi xidmət göstərilib. 2023-cü ildə isə vətəndaşlar 5779 tibbi xidmətdən yararlanıb. Tibbi xidmətlərin 67%-i ambulator, 33%-i isə stasionar şəraitdə göstərilib.
Qeyd edək ki, Agentlik və Bona Dea Hospitalı arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair imzalanmış müqaviləyə əsasən sözügedən xəstəliyin aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması və digər tibbi prosedurlar daxildir. 2023-cü ilin noyabrından bu günədək 95 uşaq əməliyyat olunub.
Media-tur iştirakçıları icbari tibbi sığorta çərçivəsində əməliyyat olunan pasiyentlərin müsbət rəylərini öyrəniblər.
Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə hospital tərəfindən “check-up” müayinə paketi hədiyyə olunub.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49